AZE ENG RUS
Xəbərlər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,millət vəkili Səttar Mehbalıyev 1 Noyabr “Kənd Təsərrüfatı İşçiləri Günü” peşə bayramı münasibəti ilə sahənin işçilərini təbrik etmişdir.

01.11.2014

                                                                                   Azərbaycan Respublikasının Kənd
                                                                                                Təsərrüfatı naziri
                                                                                                cənab Heydər Əsədova


                                                                     Hörmətli Heydər müəllim!

    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və şəxsən öz adımdan Sizi və şəxsinizdə sahənin bütün işçilərini Kənd Təsərrüfatı İşçiləri Günü - peşə bayramı münasibəti ilə ürəkdən təbrik edir və işlərinizdə uğurlar arzu edirəm.

     Azərbaycan dövlətçiliyinin memarı, Ulu öndər Heydər Əliyevin layiqli davamçısı   möhtərəm Prezident İlham Əliyevin  kənd təsərrüfatının inkişafına, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinə diqqəti, aqrar sahədə islahatların gücləndirilməsi, bu sahənin inkişafının müasir dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində  apardığı siyasət sahənin davamlı dinamik inkişafını təmin etmiş, gələcək üçün prioritet vəzifələri müəyyən etmişdir.

    Kənd təsərrüfatının inkişafında əldə edilmiş uğurlar məhz dövlətin məqsədyönlü siyasətinin və bu sahədə çalışan işçilərin gərgin və fədakar əməyinin nəticəsidir.

     Əminəm ki, kənd təsərrüfatı işçiləri bundan sonra da Azərbaycan iqtisadiyyatının inkişafına layiqli töhfələrini verəcək, ölkə zəhmətkeşlərinin ön sıralarında inamla addımlayacaqlar.

     Sizi və sahənin bütün zəhmətkeşlərini peşə bayramı münasibəti ilə bir daha səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, ailə səadəti, doğma Azərbaycanın çiçəklənməsi naminə şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Аzərbaycan Həmkarlar İttifaqları
Кonfederasiyasının sədri,
millət vəkili                                                                S.Mehbalıyev

01 noyabr 2014-cü il