AZE ENG RUS
Xəbərlər

“Azərsun Holdinq” Şirkətlər Qrupunun“ Azərsun Akademiyası”nın Tədris Mərkəzində Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Hİ Federasiyası ilə birgə “İşçilərlə əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı AR Əmək Məcəlləsinin tətbiqi və bu sahədə həmkarlar ittifaqının vəzifələri” mövzusunda seminar keçirilmişdir.

27.10.2014

     Seminarın giriş sözü ilə Akademiyanın İnsan Resursları Direktorluğu nəzdində Əməliyyat Şöbəsinin müdiri Elnur Hüseynov açaraq iştirakçıları salamladı.
      Daha sonra Federasiyanın sədri Tofiq Quliyev ölkənin  iqtisadi və kənd təsərrüfatının durumu barədə məruzə etdi. Qeyd etdi ki, Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı neft və tikinti sahələrindən sonra üçüncü mövqedə durur.Bundan sora  qanunvericiliyə edilmiş ən son dəyişiklikləri də  diqqətə çatdırdı.
     Azərbaycan Respublikası Əmək və  Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti  şöbəsinin sektor müdiri  Xanım İskəndərova İşçilərlə əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi, əmək     müqaviləsinə xitam verilməsi ilə bağlı  AR Əmək Məcəlləsinin tətbiqi  movzusunda  məruzəsi dinlənildi. Məruzədə iştirakçıların diqqətini müddətli və müddətsiz əmək müqavilələrinə yönəltdi. Qeyd etdi ki, müddətli müqavilələr beş ilə kimi bağlanıla bilər: "Beş ildən artıq davam edən müqavilə artıq müddətsiz hesab edilir. Əgər işçi əmək qabiliyyətini müvəqqəti itiribsə, ezamiyyətdə, məzuniyyətdədirsə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda vəzifəsi başqa bir işçi tərəfindən əvəzlənirsə, o zaman onunla müddətli əmək müqaviləsi bağlanılır".
     Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Hüquq Şöbəsinin müdiri Leyla Acalova mövzu ətrafında çıxış edərək əmək müqaviləsinin bağlanması və ləğvi zamanı həmkarlar ittifaqının rolundan danışdı. Qeyd etdi ki, həmkarlar ittifaqının razılığı olmadan işəgötürənin onun üzvü ilə bağlanmış əmək müqaviləsini pozmaq səlahiyyəti yoxdur. Əmək müqaviləsini ləğvetmə barədə işəgötürən həmkarlar ittifaqına əsaslandırılmış yazılı müraciət etməlidir. Həmkarlar ittifaqı isə müraciətə 10 gün müddətində əsaslandırılmış yazılı cavab verməlidir.
     Tədbirin sonunda Holdinqin İnsan Resursları Şöbəsinin müdiri Əli Yüksel çıxış etdi. O, şirkətin yeni layihələrindən, mərkəzin  tədris proqramından danışdı.