AZE ENG RUS
Xəbərlər

Qazaxıstanın Kostanay vilayətinin Rudnıy şəhərində “ Gələcəyə inam (Bolaşakka kadam)” devizi altında işləyən gənclərin Beynəlxalq Forumu keçirildi.

01.10.2014

      Sentyabrın 29-dan oktyabrın 1-ə kimi Qazaxıstanın Kostanay vilayətinin Rudnıy şəhərində “ Gələcəyə inam (Bolaşakka kadam)” devizi altında işləyən gənclərin Beynəlxalq Forumu keçirildi.
     “Qazaxıstanın zəhmətkeş və kənd gənclərinin Assosiasiyası” korporativ fondu və Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyinin gənclərlə iş Komitəsinin təşkilatçılığı ilə keçirilən  Foruma  ölkənin bütün regionlarını əhatə edən 100-dən çox işləyən gənc, yerli və mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələri, idarə və müəssisələrin rəhbərləri və Müstəqil Dövlətlər Birliyinin gənclərdən ibarət nümayəndələri qatılmışdı.
      Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndəsi, “Kənd-Qida-İş” Hİ Federasiyasının Sosial-iqtisadi müdafiə və mədəni-kütləvi işlər üzrə şöbəsinin müdiri İlqar Nəzərov çıxış  etdi. O, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası adından iştirakçıları salamladı və forumda müzakirə olunan gənclərin gələcəyə inamının olduqca aktual olduğunu vurğuladı.
     Daha sonra, İ.Nəzərov “Gənclər siyasəti haqqında” AR Qanunu, Azərbaycan gəncliyi haqqında qəbul olunmuş iki Dövlət Proqramının icrası və AHİK-in gənclərlə bağlı keçirdiyi tədbirlər haqqında  ətraflı məlumat  verərək qeyd etdi ki, Azərbaycanda həm dövlət, həm də həmkarlar ittifaqları  tərəfindən bu sahədə çoxsaylı işlər görülmüş, lakin bu gün də gənclərin inkişafı, onların təhsili, sağlamlığı, işlə təminatı, ictimai təşkilatlarda iştirakı və beynəlxalq arenaya çıxışları sahəsində   problemlər mövcuddur.
     İşgüzar şəraitdə keçən Forumda gənclərin qarşılaşdığı çətinliklər, onların həlli yolları və qarşıda duran məsələlər müzakirə olundu. Tədbir iştirakçıları tərəfindən Forum yüksək qiymətləndirildi  və digər ölkələrdə də keçirilməsi təklif olundu.
     Sonra tədbir iştirakçıları Rudnıy şəhərindəki 18 mindən yuxarı işçisi olan ən böyük istehsalat müəssisəsi Sokolov-Sarbaysk Dağ-mədən  İstehsalat Birliyinin açıq şaxtasına, emal fabrikinə, müalicə və sağlamlıq mərkəzinə, idman kompleksinə ekskurs etdilər və şəhərin digər iri müəssisələrində oldular.