AZE ENG RUS
Xəbərlər

“Azərbaycanda həmkarlar ittifaqları hərəkatının bugünkü inkişafı və problemləri, motivasiya işinin gücləndirilməsi perspektivləri” mövzusunda Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar ittifaqı Federasiyasında seminar keçirilmişdir.

08.08.2014

       AHİK-in IV qurultayının qərarlarının yerinə yetirilməsi çərçivəsində avqust ayının 8-də "Azərbaycanda həmkarlar ittifaqları hərəkatının bugünkü inkişafı və problemləri, motivasiya işinin güclənmdirilməsi perspektivləri" mövzusunda seminar keçirilmişdir.
       Seminarda Federasiyanın məsul işçiləri, Sahə Həmkarlar İttifaqının xidmətinə daxil olan müəssisələrin HİK sədrləri və fəalları iştirak edirdi.
Seminar vətən uğrunda həlak olan şəhidlərin xatirəsinin bir dəqiqəlik sükütla  yad edilməsi ilə başlandı.
       Daha sonra  “Azərbaycan 10 ildə. Sosial - iqtisadi inkişaf:  dövlət proqramların icrası”na həsr edilmiş videoçarx nümayiş etdirildi.
       Seminar  Federasiyanın sədr müavini Təhmasib Əliyevin “Həmkarlar ittifaqları hərəkatının bugünkü inkişafı və  problemləri, motivasiya işinin gücləndirilməsi perspektivləri” mövzusunda məruzəsi ilə davam etdiridi. Məruzədə  qeyd edildi ki, dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri olan Azərbaycanda özəl sektorun inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğı gözəl biznes mühiti üçün  imkanlar  yaratmış və kənd təsərrüfatının intensiv inkişafı sayəsində çox yaxın bir zamanda ölkə əhalisinin kənd təsərrüfatı məhsulları ilə tam təmin olunması gözlənilir. Həyata keçirilən  bütün bu tədbirlər Həmkarlar İttifaqlarının qarşısına məsul vəzifələr qoymuşdur. Onlar  özlərinin  üzvlərinin sayının artmasına çalışır, nizamnamə vəzifələrinin yerinə yetirilməsi üçün maliyyə imkanlarını genişləndirir və s.
       T.Əliyev daha sonra qeyd etdi ki,  Sahə Həmkarlar İttifaqı bu sahəyə xüsusi diqqət ayırır. Son 5 ildə üzvlərin sayının artırılması, yeni təşkilatların yaradılması gündəmdə olan ən vacib məsələlərdəndir. Bu dövrdə aparılan uzunmüddətli danışıqların, işçilərlə keçirilən görüşlərin, onlarda həmkarlar ittifaqı sıralarında birləşmək  üçün maraq yaradılması, yəni üzvlüyə motivasiya işinin gücləndirilməsi sayəsində 72 yeni təşkilat yaradılmış, üzvlərin sayı 4681 nəfər artmışdir. Bu təşkilatlardan “Kürdəmir Süd Emalı Zavodu” MMC, Qəbələ “Gilan NTEV” MMC, Qəbələ “ALİANS OFLAND” MMC, “ASPİ LAND”, “ASPİ VOUNER” MMC, “Azərbaycan Duz İstehsalat Birliyi”MMC və s.  müəssisələrdə həmkarlar ittifaqı təşkilatının yaradılması üçün 5 ildən artıq müddətdə danışıqlar aparılmış, həmin müəssisələrin işçiləri ilə dəfələrlə görüşlər keçirilmiş, onların üzvlüyə cəlb olunması üçün hərtərəfli təbliğat və təşviqat işləri aparılmış, hətta ilk təşkilat yaradılmamış o müəssisələrin bir neçəsində müsabiqələr keçirilmiş və qaliblər mükafatlandırılmışdır. Göründüyü kimi, zəhmətimiz hədər getməmiş, nəticədə onları həmkarlar ittifaqı üzvlüyünə cəlb edə bilmişik.
       Seminar disskusiyalarla davam etdirildi və iştirakçıların fikir mübadiləsindən sonra  belə bir nəticə əldə olundu ki, həmkarlar ittifaqı təşkilatlarının fəallığının   artırılması vacibdir və   üzvlüyə   motivasiyanın  əsas şərti   həmkarlar ittifaqı təşkilatının məhsuldar işi və  müdafiə funksiyalarını yerinə yetirməsidir. Həmkarlar ittifaqlarında informasiya  işi güclənməlidir, biz sözlə, yeni üzvlərin cəlb edilməsi,  onların həmkarlar ittifaqları işlərinə maraqlandırılması həmkarlar ittifaqlarının özlərinin fəallıq dərəcəsindən və onların insanlarla apardıqları  gündəlik işlərindən əhəmiyyətli dərəcədə asılıdır.
       Seminar anket sorğusunun keçirilməsi  ilə yekunlaşdı.