AZE ENG RUS
Xəbərlər

“Gənclər məşğulluğu siyasətinin formalaşmasında həmkarlar ittifaqının rolu” mövzusunda Xaçmaz şəhərində seminar keçirilmişdir.

17.07.2014

     AHIK-in təşkilatçılığı ilə keçirilən seminarda AHİK-in və Federasiyanın məsul işçiləri və üzv təşkilatların fəalları iştirak edirdi.
     Seminar “Gənclər məşğulluğu siyasətinin formalaşmasında  həmkarlar ittifaqınını rolu”na həsr edilmiş slaydın nümayişi ilə başladı və AHİK-in Təşkilat işləri və məlumat şöbəsinin müdir müavini Əli Cəfərovun  məruzəsi ilə davam etdirildi.
    Məruzədə Azərbaycanda  gənclər siyasətinin həyata keçirilməsinə dair dövlət proqramları,    AHİK-in gənclər siyasəti konsepsiyasının  başlıca vəzifələri, gənclərin həmkarlar ittifaqı fəaliyyətinə və həmkarlar ittifaqı üzvlüyünə cəlb olunmasına kömək göstərilməsi, həmkarlar ittifaqı fəallarının hazırlanması, onların sıralarında gənclərin sayının  artırılması, gənclərin ictimai-faydalı təşəbbüsləri və maraqlarının realizə olunması məqsədilə təşkilatlanma işlərinə yardım göstərilməsi, məişət məsələlərin həllində sərbəst  olmaları üçün gənclərin maarifləndirilməsi barədə ətraflı məlumat verildi.
     Seminarı daha sonra, “Gənc həmkarlar ittifaqı  üzvlərinin fəallığının artırılmasında Gənclər Şurasının rolu” mövzusu ilə “ Kənd-Qida-İş “ Hİ Federasiyasının Təşkilat və təlimat şöbəsinin müdir müavini Günel Yusubova davam etdirdi. G.Yusubova məruzəsində gənclərin hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni  həyatında potensial qüvvəyə malik  mühüm yer tutduğu, Ulu öndər Heydər Əliyevin  həmişə gənclərə güvənərək onlara böyük etimad göstərdiyi,  Azərbaycanda gənclər siyasətinin  dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutduğu barədə məlumat verdi.
     G.Yusubova daha sonra qeyd etdi ki, Gənclərlə işin keyfiyyətini artırmaq məqsədi ilə AHİK-in üzv təşkilatlarında gənclərlə işin vəziyyəti, onların hüquqlarının müdafiəsi məqsədi ilə tədbirlərin keçirilməsi, həmkarlar ittifaqların bütün seçkili orqanlarında gənclərin nümayəndələrinin daxil edilməsi, işləyən və təhsil alan gənclərin ayrı-ayrı kateqoriyaları ilə xüsusi proqramların , onların ən kəskin sosial-əmək probremlərinin həllinə yönəldilmiş proqramların işlənib hazırlanması və qəbulu, AHİK-in üzv təşkilatlarının ən yaxşı iş təcrübəsinin təbliği, gənclərin kütləvi sosial-mədəni və idman aksiyalarının keçirilməsinin təşkil edilməsi önə çəkilməlidir.  
     Seminar anket sorğusunun keçirilməsi və diskussiyalarla yekunlaşdı.