AZE ENG RUS
Xəbərlər

Azərbaycan Kənd Təsərrüfatı Muzeyinin 90 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir.

19.06.2014


   Yarandığı gündən maarifləndirmə və təbliğat işinə xüsusi fikir verən muzey bu məqsədlə tez-tez sərgilər və mühazirələr təşkil edir. Muzey ardıcıl olaraq yenilənir və kənd təsərrüfatının müasir vəziyyətini əks etdirən yeni materiallarla zənginləşir. Hazirda Muzeyin 6 ekspozisiya zalı vardır və bu zallar dünya standartlarına uyğun səviyyədə, maketləşdirilmiş formada tərtib olunmuşdur.
  Bakı Əyləncə Mərkəzində keçirilən Yubiley tədbirində Kənd Təsərrüfatı Nazirliyinin, Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının məsul işçiləri, Milli Məclisin Aqrar Siyasət Komitəsinin üzvləri, Nazirliyin müvafiq qurumlarının alim və mütəxəssisləri, aqrar sahədə xidmətlərinə görə prezident təqaüdünə layiq görülmüş əmək veteranları  iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev öncə kənd təsərrüfatı nazirliyinin rəhbərliyi adından Yubiley münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi və  Kənd Təsərrüfatı Muzeyinin aqrar sahənin inkişafında rolundan danışaraq Muzeyin fəaliyyətini yüksək qiymətləndirdi.
  Daha sonra çıxış edən muzeyin direktoru Natiq Qurbanov muzeyin 90 ildə keçdiyi çətin və şərəfli yolu barədə geniş məlumat verdi. O, muzeyin eksponatları, rəsm əsərləri, etnoqrafiya nümunələrindən və tətbiqi incəsənət işlərindən söhbət açdı.  Daha sonra Muzeyin 90 illik tarixini əks etdirən video film nümayiş etdirildi.
  Federasiyanın sədri T.Quliyev yubiley münasibəti ilə Muzeyin kollektivini təbrik etdi və gələcək fəaliyyətində onlara uğurlar arzuladı.

.