AZE ENG RUS
Xəbərlər

Kənd Təsərrüfatı , Gənclər və İdman nazirlikləri , Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası , Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası və “Məhsul” Kənd Könüllü Həmkarlar Kooperativ İdman Cəmiyyətinin Respublika Şurasının birgə qərarı ilə kənd idmançılarının milli oyunlar üzrə ənənəvi spartakiadası keçirilmişdir.

26.05.2014

  25-ci dəfə keçirilən bu spartakiadanın əsas məqsədi itməkdə olan milli adət-ənənələrimizin qorunub saxlanması,eyni zamanda ölkə başçisinin  olimpiya hərəkatının respublikamızda daha inkişaf etdirilməsi haqqında göstərişlərinin həyata keçirilməsi məqsədi güdürdü.
  Spartakiadanın final yarışları mayın 26-28-də Sabirabad Rayon Olimpiya İdman Kompleksində  baş tutmuşdur.
  19 rayondan 335 idmançının qatıldığı final mərhələsinin açılışı təntənəli olmuşdur. Açılışdan sonra idmançılar daşqaldırma,gücsınama ( kişilər və qadınlar)dirədöymə, çalağançardağı, kəndirdartma,nərd, xıy-xıy və milli güləş üzrə yarışlarında öz güclərini sınamışdılar.
   Yarışlarda Şamaxı, Neftçala, Sabirabad, Masallı,Ağdam, Füzuli,Cəlilabad, Kürdəmir, Quba, Laçın, Xaçmaz, Lənkəran,İmişli,Biləsuvar,Qax, Qubadlı, Zəngilan , Beyləqan rayonları və Gəncə şəhər komandaları iştirak etmişdilər.
   Ümumi komanda hesabında qalib adını Şamaxı  rayonunun yığması qazanmışdır.II fəxri yerə Cəlilabad rayonunun təmsilçiləri  çıxmışlar. Sabirabad rayonunun komandası spartakiadanı III nəticə ilə başa vurmuşdur.
   Şəxsi və komanda hesabında I yeri tutan idmançılara diplom və qiymətli hədiyyələr təqdim olunmuşdur.