AZE ENG RUS
Xəbərlər

“Kənd-Qida-İş” Həmkarlar İttifaqı Federasiyasının İcraiyyə Komitəsinin növbəti iclası keçirilmişdir.

28.02.2014

 “Kənd-Qida-İş” Həmkarlar İttifaqı Federasiyasının İcraiyyə Komitəsinin növbəti iclası keçirilmişdir.  İclasda 2014-cü ilin I yarımilliyi üçün «Kənd-Qida-İş» Hİ İcraiyyə Komitəsinin İş planı və  Federasiyanın Aparatının Tədbirlər planı, 2013-cü ildə Sahə Həmkarlar İttifaqının üzv təşkilatları üzrə vətəndaşların qəbulu, daxil olan ərizə və şikayətlərə baxılması vəziyyətiu, “Məhsul” KKİC Respublika Şurası ilə birgə “Kənd idmançıları - Vətənin müdafiəsinə hazır olun!” ƏMH kompleksi üzrə Respublika yarışının keçirilməsi,  Federasiyanın 2014-2018-ci illər üçün C.Naxçıvanski adına hərbi liseydə mədəni-hamilik  işinin həyata keçirilməsi üzrə tədbirlər planı, 2014-2018-ci illər üçün əməyin mühafizəsinin əsas istiqamətləri  barədə və s. məsələlər müzakirə olunmuş və müvafiq qərarlar qəbul edilmişdir.
Həmşinin qeyd edilmişdir ki, Federasiya və onun üzv təşkilatları tərəfindən vətəndaşlardan daxil olan ərizə və şikayətlərə, məktub və müraciətlərə  “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” AR Qanununa və AHİK-in “Həmkarlar ittifaqlarında kargüzarlığın aparılmasına dair tövsiyyələr”ə üyğun olaraq baxılır. Məsələ dair qəbul edilmiş qərarda Federasiyanın bütün şöbələrinə və üzv təşkilatların rəhbərlərinə bir qayda olaraq tapşırılmışdır ki,  bu sahəyə nəzarəti daha da gücləndirsinlər.
Sonda bir qrup Həmkarlar İttifaqı fəallarına səmərəli fəaliyyətlərinə və fəal xidmətlərinə  görə Federasiyanın mükafatları təqdim edilmişdir.