AZE ENG RUS
Xəbərlər

K.Ə.Hüseynovun 100 illik yubileyinə həsr olunmuş Sahə Həmkarlar İttifaqları təşkilatlarının V Respublika Spartakiadası keçirilmişdir.

25.12.2013

AHİK İK-nin 3b.17ə saylı, 27.11.2013-cü il tarixli  Qərarına əsasən 13-25 dekabr 2013-cü il tarixində K.Ə.Hüseynovun 100 illik yubileyinə həsr olunmuş Sahə Həmkarlar İttifaqları təşkilatlarının V Respublika Spartakiadası keçirilmişdir.
“Kənd-Qida-İş” Hİ Federasiyası da “Azərsun Holdinq” MMC-nin, Dövlət Aerogeodeziya Müəssisəsinin,  Bakı Kartoqrafiya Fabrikinin, Aqrar Elm Mərkəzinin,  Hidrogeoloji  və Meliorativ Xidmət İdarəsinin  Fermer təsərrüfatı və digər təşkilatların  işçilərindən təşkil olunmuş idmançılarla spartakiadanın   voleybol,  mini-futbol,   stolüstü  tenis, , nərd, şahmat və dama  növləri üzrə yarışların final mərhələsində iştirak etmişlər.