AZE ENG RUS
Xəbərlər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin növbəti iclası olmuşdur.

24.12.2013

 Dekabrın 24-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin növbəti iclası olunmuşdur.İclasda əvvəlcə “ Gənclər siyasətinin həyata keçirilməsi üzrə 2010-2013-cü illər  üçün AHİK-in tədbirlər planı haqqında”  AHİK-in 24.02.2010-cu il tarixli ,№ 8 bö 6 qərarının icrası barədə”məsələyə baxılmışdır. 
 Məsələ ilə bağlı verilən qısa məlumatda bildirildi ki, son üç il üçün  hazırlanmış tədbirlər planı tam icra edilib. “ Gənclərlə iş üzrə ən yaxşı ilk həmkarlar ittifaqı təşkilatı” adı uğrunda müsabiqə keçirilmişdir.
Daha sonra bir qrup sahə  həmkarlar ittifaqlı liderlərinə, o cümlədən Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının sədri Tofiq Quliyevə Ümumhəmkarlar İttifaqlarının 20 İllik Yubiley medalı təqdim olundu.