AZE ENG RUS
Xəbərlər

Kənd-Qida-İş" Hİ Federasiyası Kənd Təsərrüfatı Nazirliyi ilə birgə "Əmək mübahisələrinin həlli"nə həsr edilmiş Tədbirlər planı çərçivəsində növbəti zona seminarını Tovuz şəhərində keçirmişdir.

21.11.2013

  "Kənd-Qida-İş" Hİ Federasiyası Kənd Təsərrüfatı Nazirliyi ilə birgə "Əmək mübahisələrinin həlli"nə həsr edilmiş Tədbirlər planı çərçivəsində növbəti zona seminarını  21 noyabr 2013-cü ildə Tovuz şəhərində keçirmişdir.
  Seminarda Federasiyanın, AR  Kənd Təsərrüfatı Nazirliyinin məhsul işçiləri və   Sahə Hİ Tovuz rayon komitəsinin, eləcə də ilk təşkilatların və fəalları iştirak edirdi.
  Seminarı “ Kənd -Qida-İş” Hİ Tovuz rayon komitəsinin sədri Sahib Abdullayev açaraq, seminar iştirakçılarını salamladı və seminarın işinə uğurlar arzuladı.
  Federasiyanın sədr müavini T.Əliyev  və Kənd Təsərrüfatı Nazirliyinin məsul işçisi C.Qəhrəmanov seminarın əhəmiyyətini, gündəlikdə qoyulmuş məsələlərin aktuallığını qeyd etməklə yanaşı əmin olduqlarını bildilirlər ki, hər bir seminar iştirakçısı əmək qanunvericiliyi ilə bağlı yeni  bilgilər əldə edəcək, və onların bu sahədəki fəaliyyətinin səmərəliliyi  daha da artıracaqdır.
  Daha sonra Federasiyanın şöbə müdiri İ.Nəzərovun "Əmək qanunvericiliyinin pozulması hallarınını aradan qaldırılmasında həmkarlar ittifaqı təşkilatlarının rolu" və Federasiyanın Baş texniki əmək müfəttişi A.Tağıyevin "Peşə xəstəliklərinin yaranma səbəbləri və onların profilaktikası” mövzularında məruzələri dinlənildi. Məruzələr ətrafında geniş müzakirələr aparıldı və belə bir ümumi nəticə əldə olundu ki, həmkarlar ittifaqı təşkilatları əmək mübahisələrinin düzgün həll edilməsi, zərərli və təhlükəli istehsalat amillərinin, peşə xəstəliklərinin azadılması, baş verə biləcək hər hansı bir bədbəxt hadisənin qarşısının alınması , ümumiyyətlə işçilərin qanuni hüquqlarının qorunması sahəsində öz fəaliyyətini daha da artırmalıdır.
  Seminarın gedişində tədbir iştirakçılarına Əmək Məcəlləsinə edilən əlavə və dəyişikliklər, yeni normativ hüquqi aktlar və yeni çapdan çıxmış əməyin mühafizəsinə dair kitablar təqdim edildi. Bundan sonrada  da Federasiya mövzu ilə bağlı seminarlarin keçirilməsini davam etdiriləcəkdir.
  Məlumat üçün bildiririk ki, seminardan bir gün əvvəl Federasiyanın məsul işçiləri Tovuz və Ağstafa rayonlarında Sahə həmkarlar ittifaqının xidmətində olan bir sıra müəssisələrində əməyin mühafizəsi vəziyyəti ilə tanış olmuş, işçilərlə görüşdə onları maraqlandıran məsələlərin həllində onlara yardımçı olmuşlar. Müəssisə rəhbərlərinə əməyin mühafizəsinə dair iradlarını bildirmiş və onların aradan qaldırılması üçün tövsiyə xarakterli məsləhətlərini vermişlər.