AZE ENG RUS
Xəbərlər

“Kənd-Qida-İş” Hİ Federasiyasının növbəti III Məclisi keçirilmişdir.

29.11.2013

  Noyabr ayının 29-da “Kənd-Qida-İş” Hİ Federasiyasının növbəti III Məclisi keçirilmişdir.Məclisin işində AHİK  sədrinin müavini Cavanşir Alxasov iştirak edirdi.
  Məclisin gündəliyində “Ölkənin sosial-iqtisadi inkişafı və AHİK-in  IV Qurultayının  təşkilatlanma sahəsində qarşıya qoyduğu vəzifələr” , 2013-cü il üzrə Həmkarlar İttifaqı büdcəsinin yerinə    yetirilməsinin vəziyyəti və 2014-cü il büdcə layihəsinin təsdiq edilməsi barədə məsələlər dururdu.
  Gündəlikdə duran I  məsələ barədə məruzədə  qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmiz dinamik inkişaf edir. Aparılan islahatlar, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələrinin uğurlu icrası ölkədə yoxsulluq və işsizliyin səviyyəsini minimuma endirmiş, Azərbaycanı dünyada güclü və demokratik dövlət kimi tanıtmışdır.
  Azərbaycan həmkarlar ittifaqları bu siyasəti ürəkdən bəyənir, dəstəkləyir və həyata keçirilməsində yaxından iştirak edir. Sahə Həmkarlar İttifaqı təşkilatlanma, yeni yaradılan təsərrüfat subyektlərində ilk təşkilatların yaradılması, işçilərin həmkarlar ittifaqına cəlb edilməsi, müəssisələrdə əməyin təşkili və sosial-məişət problemlərin həlli istiqamətində   məqsədyönlü fəaliyyət gostərərək  öz mövqeyini  daha da möhkəmləndirmiş və bu işlər gələcəkdə də davam etdiriləcəkdir.
  Məruzə ətrafında çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin HİK sədri H.Kazımov, “Azərsun Holdinq” Şirkətlər Qrupunun müəssisə HİK sədri Kəmalə Gözəlova, Sahə Hİ Qazax rayon komitəsinin sədri Fərhad Qocamanov və digərləri yeni şəraitdə zəhmətkeşlərin sosial mənafeləri və əmək hüquqlarının  müdafiə edilməsi,  istehsalatda müasir standartlara cavab verən iş yerlərinin yaradılması, işçilərin sağlamlığı və  əməyinin mühafizəsi sahəsində qarşıda duran vəzifələrdən danışdılar.Məclis müzakirə olunan məsələyə dair müvafiq qərar qəbul etdi.Sonra gündəlikdə duran  II məsələ müzakirə edilərək təsdiq edildi. Daha sonra Federasiyanın sədri Tofiq Quliyev Federasiyanın saytının yaradılması barədə məlumat verdi və sayt təqdim olundu.
  Məclisin sonundə  Federasiyanın sədri  idmanın inkişafı sahəsində  həyata keçirilən tədbirlər barədə məlumat verdi və  “Məhsul” Kənd Könüllü  İdman Cəmiyyətinin      yetirmələrindən Məmmədov Niyazi Nizami oğluna -  Yunan-Roma güləşi üzrə Monteneqroda keçirilən Avropa birinciliyində III yeri, Qurbanzadə Raqnetta Seyfulla qızına - Güləş üzrə gənc qızlar arasında Bolqarıstanda keçirilən Dünya birinciliyində III yeri tutaraq “Bürünc” medal qazandıqlarına görə hər iki idmançı və onların məşqçilərinə Federasiyanın Diplomu və mükafatını təqdim etdi.