AZE ENG RUS
Xəbərlər

Beynəlxalq Birliyin Konfransı keçirilmişdir.

16.06.2022

Cari ilin iyun ayının 16-da,  Aqrar Sənaye Həmkarlar İttifaqlarının MDB ölkələri üzrə Beynəlxalq Birliyinin onlayn Konfransı keçirilmişdir. Konfransın işində “Kənd-Qida-İş” Hİ Federasiyasının sədri Tofiq Quliyev, Federasiyanın sədr müavini Təhmasif Əliyev və Federasiyanın Aparat rəhbəri –Təşkilat və təlimat şöbəsinin müdiri Rüfət Bürcəliyev iştirak etmişlər.

Konfransda Aqrar Sənaye Həmkarlar İttifaqlarının MDB ölkələri üzrə Beynəlxalq Birliyinin ötən dövr ərzində gördüyü işlərə dair hesabatı dinlənilmiş, seçkili orqanlarının tərkibi təsdiq edilmiş, 2022-2027-ci illər üçün fəaliyyətinin əsas istiqamətləri qəbul olunmuş və s. məsələlər müzakirə edilərək, müvafiq qərarlar qəbul edilmişdir.

Konfransda Aqapova Nataliya yenidən Aqrar Sənaye Həmkarlar İttifaqlarının MDB ölkələri üzrə Beynəlxalq Birliyinin sədri, Quliyev Tofiq sədrin müavini, Rüfət Bürcəliyev Beynəlxalq Birliyinin Təftiş Komissiyasının üzvü seçilmişdir.