AZE ENG RUS
Xəbərlər

Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramıdır

04.06.2022

5 iyun – “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 may 2014-cü il tarixdə imzaladığı sərəncamla  iyun ayının 5-i “Su təsərrüfatı və meliorasiya işçiləri günü” kimi təsis edilib və hər il bu tarix su təsərrüfatı işçilərinin peşə bayramı kimi qeyd olunur. 

  “Su  təsərrüfatı  və  meliorasiya işçiləri günü” ərəfəsində Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov, “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov,   hər iki təşkilatın kollektivi və “Kənd-Qida-İş” Hİ Federasiyasının sədri Tofiq Quliyev Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb. Sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsi yad edilib.

Qeyd edək ki, Federasiya tərəfindən su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə bir qrup əməkdaş Fəxri Fərman ilə  təltif edilmişdir.