AZE ENG RUS
Xəbərlər

“Baku İnternational Tobacco” MMC-nin İlk Həmkarlar İttifaqı Komitəsinin sədri Vəsilə Bərxudarova işçilərə göstərdiyi dəstəyə görə Fəxri Fərman ilə təltif olunub

06.06.2022

Tədbirdə “Baku İnternational Tobacco” MMC-nin  İdarə Heyətinin sədri Emil Sultanov, İlk Həmkarlar İttifaqı Komitəsinin sədri Vəsilə Bərxudarova  və  Cəmiyyətin işçiləri iştirak ediblər.

“Baku İnternational Tobacco” MMC-nin  İdarə Heyətinin sədri Emil Sultanov çıxışı zamanı bildirdi ki, İlk Həmkarlar İttifaqı Komitəsinin sədri Vəsilə Bərxudarova   daimə işçilərin problemləri ilə maraqlanır, onlara dəstək olur, Vətən müharibəsi iştirakçılarının  ailələri  ilə görüşlər keçirir və ehtiyacı olanları ərzaq sövqatları ilə təmin edir. İşçilərə maddi yardımlar göstərir, mütəmadi olaraq mədəni-kütləvi tədbirlər keçirilir, işçilərin sağlamlığının  bərpa edilməsi məqsədilə  onlar yollayışlarla təmin olunurlar.  

İlk Həmkarlar İttifaqı Komitəsinin sədri Vəsilə Bərxudarova çıxışı zamanı “Baku İnternational Tobacco” MMC-nin  İdarə Heyətinin sədri Emil Sultanov tərəfindən göstərilən diqqətə görə təşəkkürünü bildirib.

Yekunda “Baku İnternational Tobacco” MMC-nin İlk Həmkarlar İttifaqı Komitəsinin sədri Vəsilə Bərxudarova Fəxri Fərman ilə təltif edilib.

“Kənd-Qida-İş” Həmkarlar İttifaqı Federasiyası “Baku İnternational Tobacco” MMC-nin İlk Həmkarlar İttifaqı Komitəsinin sədri Vəsilə Bərxudarovanı Cəmiyyətin Fəxri Fərmanı ilə təltif edilməsi münasibətilə təbrik edir və işçilərin manefiyinin qorunması sahəsində ona  uğurlar arzulayır.