AZE ENG RUS
Xəbərlər

Mərkəzi Asiya, Azərbaycan və Türkiyədə Ərzaq İtkisi və Tullantlkarının azaldılması mövzusunda seminar keçirilib

17.05.2022

Cari ilin 17 may tarixində Mərkəzi Asiya, Azərbaycan və Türkiyədə Ərzaq İtkisi və Tullantlkarının azaldılması mövzusunda seminar keçirilib.

FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofis rəhbərinin köməkçisi Bariz Mehdiyev tədbir iştirakçılarını salamlayaraq, bildirdi ki,  seminar ərzaq itkisi və tullantısının azaldılması üzrə milli strategiya və tədbirlər planlarının işlənib hazırlanmasında və həyata keçirilməsində yardım etmək məqsədlərini güdür. Sonra isə söz Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Məmmədovaya verildi. Leyla Məmmədova ərzaq və kənd təsərrüfatı üzrə FAO-Türkiyə tərəfdaşlıq proqramının icrasınan görülən işlər barədə məlumat verdi. FAO-nun Aqro-sənaye üzrə mütəxəssisi Robert Van Otterdik seminar iştirakçıları barədə məlumat verdi və seminarı 4 sessiya bölündüyünü bildirdi.

Azərbaycanda Ərzaq İtkisi və tullantılarının idarə edilməsi ilə bağlı qanunvericiliyinin və siyasətlərin təhlili mövzusunda Pərviz Əliyev çıxış edib, sonra sözü İlahə Abbaslıya verilib, o, isə çıxışında Azərbaycanda Ərzaq İtkisi və tullantılarının qarşısının alınması və azaldılması ilə bağlı gender problemləri üzrə əsas problemləri haqqında danışıb.

Ərzaq İtkisi və tullantılarının qarşısının alınması və azaldılması üçün strateji prioretetlər və operativ tədbrilər barədə işçi qrupları yaradılıb, müzakirələrə başlanmışdır.

Yekunda işçi qruplarının nəticələrinin təqdimatı keçirilib, qarşıda duran vəzifələr və növbəti addımlar müəyyən edilmişdir.

Qeyd edək ki, seminarda Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədr müavini Cavanşir Alxasov və “Kənd-Qida-İş” Hİ Federasiyasının Aparat rəhbəri-təşkilat və təlimat şöbəsinin müdiri Rüfət Bürcəliyev iştirak edib.