AZE ENG RUS
Xəbərlər

Bakı Ekspo Mərkəzində 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2022” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi (“Interfood Azerbaijan 2022”) sərgiləri keçirilmişdir.

18.05.2022

Mayın 18-də Bakı Ekspo Mərkəzində 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2022” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi (“Interfood Azerbaijan 2022”) sərgiləri işə başlayıb.

"Kənd-Qida-İş" Hİ Federasiyasının Aparat rəhbəri Rüfət Bürcəliyev  sərgidə iştirak etmiş, Federasiyanın üzv təşkilatlarının – "Azərsun Holdinq" MMC, "Az – Granata" MMC və digər müəssisələrinin nümayəndələri ilə iş prosesi haqqında söhbət etmiş, işlərində uğurlar arzulamışdır. Bundan əlavə Federasiyanın Aparat rəhbəri və fəalları təmsil olunan yerli və xarici sahibkarlarla birgə əməkdaşlığa dair danışıqlar aparmışdır.