AZE ENG RUS
Xəbərlər

Şəhid ailələri anıldı.

29.04.2022

Azərbaycan xalqının çağdaş tarixinə qeyrət, hünər, şərəf səhifəsi kimi yazılan 44 günlük Vətən müharibəsi 30 ildən bəri yaşadığımız yurd itkisinə son qoymaqla hamımıza sonsuz sevinc, ölkəmizə ümummilli təntənə bəxş etdi. Dəmir yumruğa çevrilmiş nəhəng güc hesabına qazandığımız bu misilsiz qələbə əvvəlki faciələrimizin ağrı-acılarını ovutmaqla yanaşı, məhv edilən düşmənin min bir vəhşiliklə göstərdiyi azğın müqavimət xalqımıza yeni itkilər, kədər, hüzn də yaşatdı. Qarabağ zəfərinə aparan yolda Azərbaycan düşməni ağır məğlubiyyətə uğradarkən yeni şəhidlər də verdi, xəsarət alanlar da oldu.

Kənd  Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqının Federasiyası Müzəffər, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, Qarabağın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərimizin ailə üzvlərinə və qazilərimizə daim dəstəyini göstərir.

"Ramazan   bayramı" münasibəti ilə  Federasiyanın məsul işçiləri -  Aparat rəhbəri – Rüfət Bürcəliyev, Maliyyə şöbəsinin təlimatçı- təftişçisi Fərid Qasımov,  "Az-Granata" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri – Cabbar Məmmədov və Sahə Hİ Qazax rayon komitəsinin sədri Fərhad Qocamanov   şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin hörmət və dəstək məqsədilə  Federasiya himayəsində olan iki şəhid ailəsinə 2016-cı il aprel döyüşlərində qəhramancasına həlak olmuş  gizir Tağıyev Rahim  Qara oğlunun,  Vətən müharibəsində “AzGRANATA” MMC-nin sabiq işçisi  Füzuli-Cəbrayıl istiqaməti döyüşlərində şəhid olmuş  Səmədov Hüseyn Müşviq oğlunun və əmək vəzifəsini yerinə yetirən zaman mina partlayışı  nəticəsində şəhid olmuş Mərdənov Məmməd Ələddin oğlunun ailələrini ziyarət etmişdilər.   Şəhid ailələri ilə söhbətləşən Federasiyanın nümayəndələri onların qayğıları  və problemləri ilə maraqlanmışlar.