AZE ENG RUS
Xəbərlər

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabeliyində Satınalmaların təşkili və Müqavilələrin icrasına nəzarət MMC-nin İlk Həmkarlar İttifaqı təşkilatının təsis konfransı keçirilib.

15.03.2022

 

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabeliyində Satınalmaların təşkili və Müqavilələrin icrasına nəzarət MMC-nin İlk Həmkarlar İttifaqı təşkilatının təsis konfransı keçirilib.

Hər zaman olduğu kimi “Kənd-Qida-İş” Hİ Federasiyası hər zaman yeni həmkarlar təşkilatları yaradır, onlardan biridə yeni yaradılmış  Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabeliyində Satınalmaların təşkili və Müqavilələrin icrasına nəzarət MMC-nin İlk Həmkarlar İttifaqı təşkilatıdır.

 15.03.2022-ci il tarixində keçirilən təsis Konfransında “Kənd-Qida-İş” Hİ Federasiyanın sədri Tofiq Quliyev çıxış edərək, Həmkarlar İttifaqı təşkilatının yaranmasının əhəmiyyətindən və zərurətindən danışıb.

Daha sonra sədr bütün fəaliyyət sahələri üzrə həmkarlar ittifaqlarının yaradılmasının vacibliyini həmkarlar ittifaqlarının istehsal və qeyri-istehsal sahələrində çalışan işçilərin, əmək, sosial hüquqlarını və mənafelərini müdafiə edən, müstəqil ictimai və qeyri-siyasi təşkilat olduğunu qeyd edib. Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətinə hərtərəfli dəstək verməyə çağırıb və bu əlamətdar hadisə münasibəti ilə onları təbrik edib.

Sonda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabeliyində Satınalmaların təşkili və Müqavilələrin icrasına nəzarət MMC-nin yeni yaradılan Həmkarlar İttifaqı təşkilatının təsis konfransının nümayəndələri səsvermə yolu ilə Həmkarlar İttifaqı Komitəsinin üzvlərini seçiblər və Hümmətov Rəhman Rüfət oğlu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabeliyində Satınalmaların təşkili və Müqavilələrin icrasına nəzarət MMC-nin İlk Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib.