AZE ENG RUS
Xəbərlər

Şəhid ailələri anıldı.

18.03.2022

Kənd  Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqının Federasiyası Müzəffər, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, Qarabağın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərimizin ailə üzvlərinə və qazilərimizə daim dəstəyini göstərir.

 Federasiya himayəsində olan iki şəhid ailəsini daim diqqət mərkəzində saxlayır, bütün bayramlarda və əlamətdar günlərdə onlar ziyarət olunur, sovqatlar və yardımlar paylanılır. "Novruz  bayramı" münasibəti ilə Federasiyanın məsul işçisi, Aparat rəhbəri – Rüfət Bürcəliyev və "Az-Granata" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri – Cabbar Məmmədov Ağsu rayonuna və Mingeçevir şəhərinə səfər etmiş, şəhid ailələrini ziyarət etmişdir. Şəhidin ailə üzvləri ilə söhbətləşən Federasiyanın Aparat rəhbəri Rüfət  Bürcəliyev onların qayğıları ilə maraqlanıb, problemlərini dinləyib.