AZE ENG RUS
Xəbərlər

Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqının İcraiyyə Komitəsinin onlayn formatda iclası keçirilib.

16.03.2022

Martın 16-də Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqının İcraiyyə Komitəsinin onlayn formatda iclası keçirilib.

Federasiyanın  sədri, Tofiq Quliyev  iclasın gündəliyinə “Həmkarlar ittifaqı təşkilatlarının 2021-ci il üzrə statistik hesabatı haqqında”, “2021-ci il ərzində Federasiyaya və üzv təşkilatlarına daxil olmuş ərizə və şikayətlərin təhlili barədə”, “Novruz bayramı ilə əlaqədarFederasiyanın himayəsində olan şəhid ailəsi üzvlərinə ərzaq yardımı göstərilməsi barədə” məsələlərin daxil edildiyi barədə məlumat verib.

Müzakirələrdən öncə T.Quliyev qarşıdan gələn Novruz bayramı münasibətilə həmkarlar ittifaqlarının hər bir üzvünü, həmçinin Vətəndən uzaqlarda yaşayan soydaşlarımızı Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı və uzun ömür  arzulayır.

Sonra gündəliyə çıxarılan məsələlərin müzakirəsinə başlanılıb. “2021-ci il ərzində Federasiyaya və üzv təşkilatlarına daxil olmuş ərizə və şikayətlərin təhlili barədə” məsələnin müzakirəsi zamanı qeyd olunub ki, Sahə üzrə 2021-ci ildə həmkarlar ittifaqı üzvlərindən 5425 ərizə və şikayət, o cümlədən elektron poçt vasitəsilə  410 müraciət daxil olub. Onlardan 98,6 %-i müsbət həll edilib.

Bildirilib ki, ötən il 322 həmkarlar ittifaqı üzvü Federasiyanın rəhbərləri tərəfindən qəbul edilib ki, onun da 215 nəfəri sədrin qəbulunda olub və qaldırdıqları məsələlər öz müsbət həllini tapıb.

Ümumiyyətlə, 2021-ci il ərzində əmək hüquqlarının müdafiəsi ilə bağlı daxil olan ərizə və şikayətlərin arasından işə bərpa ilə əlaqədar həmkarlar ittifaqına 22 müraciət daxil olub, onlardan 20-i və ya 91,0 %-i müsbət həll olunub.

İttifaq üzvlərinin müraciətlərinə göstərilən diqqət və qayğıya görə Federasiyanın  ünvanına 5 təşəkkür məktubu ünvanlanıb.

İclasda qəbul olunmuş qərarla üzv təşkilatların rəhbərlərinə tövsiyə olunub ki,  həmkarlar ittifaqı üzvlərindən daxil olan məktubların obyektiv şəkildə hərtərəfli araşdırılması, faktların təsdiqi müqabilində qaldırılan məsələlərin həllinə köməklik göstərilməsi, şikayətçilərin məlumatlandırılması ilə əlaqədar müvafiq şöbə və ya mütəxəssislərin vəzifə məsuliyyətlərinin artırılması, təkrar müraciətlərin səbəblərinin aydınlaşdırılması məsələlərinə nəzarət gücləndirilsin.

“Həmkarlar ittifaqı təşkilatlarının 2021-ci il üzrə statistik hesabatı haqqında” məsələ ilə bağlı məlumat verilib. Qeyd olunub ki, Federasiyaya üzv olan 669 həmkarlar ittifaqı təşkilatı, o cümlədən 2 birləşmiş və 41 şəhər, rayon komitələri  fəaliyyət göstərir. 2020-ci illə müqayisədə həmkarlar ittifaqı üzvlərinin sayı  2,0 % azalmışdır. Üzvlərin sayı 15 nəfərə qədər olan təşkilatların sayında da 0,25 % artım var. Respublikada kiçik və orta  sahibkarlıq, xarici və birgə müəssisələrdə ötən il ərzində həmkarlar ittifaqı təşkilatlarının sayında 1,7 % artım müşahidə olmuşdur , həmkarlar ittifaqı üzvlərinin sayı 2,7artıb.

Qeyri-dövlət sektoruna aid 5 yeni ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb. Orada həmkarlar ittifaqı üzvlərinin sayı 1021 olub. Bu da yeni yaradılan təşkilatların  sayının ötən illə müqayisədə 1,4 dəfə azalmışdır, üzvlərinin sayında isə 5 dəfə artım olmuşdur. Ötən il ərzində üzv təşkilatlar tərəfindən yeni yaradılmış 6 həmkarlar ittifaqı təşkilatında 1164 nəfər  həmkarlar ittifaqı sıralarına qatılmış və nəticədə orada üzvlüyə cəlb olunanların sayı əvvəlki ilə nisbətən 2,7 dəfə artıb.

Bildirilib ki, həmkarlar ittifaqı üzvü olan qadınların sayı 0,7 % azalmış  və üzvlərin ümumi sayının 33,4 %-ni təşkil edir. Gənclərin sayı 19artıb. Ötən il işəgötürənlərlə 2 saziş, 510 kollektiv müqavilə bağlanıb. Müqavilə bağlayan həmkarlar ittifaqı təşkilatlarının sayı əvvəlki ilə nisbətən 1,3 %, azalmışdır, müqavilələrlə əhatə olunan üzvlərin sayı isə 2,2 % artıb.

Pandemiya ilə əlaqədar olaraq, 2021-2022-ci illər üçün həmkarlar ittifaqı kadr və fəallarının təhsil  planı mərhələlərlə onlayn formatda həyata keçirilir. Belə ki, 2022-ci ildə 25 nəfərin təhsilə cəlb olunması planlaşdırılır. Müzakirələrdən sonra Əmək və Sosial Münasibətlər Akademiyasının 2022-ci il üçün təhsil planı təsdiq edilib.

Daha sonra gündəlikdə olan digər məsələlər, o cümlədən cari və təşkilati məsələlərə dair müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib.

Tofiq Quliyev həmçinin deyib ki, həmkarlar ittifaqlarına ünvanlanan bütün müraciətlər dərindən araşdırılsın, qaldırılan bütün problemlər qanunvericiliyə uyğun olaraq, vaxtında həll edilsin, vətəndaş məmnunluğu tam təmin olunsun.

Şəhid ailələrinin və valideynlərinin, qazilərin, veteranların müraciətlərinə həssaslıqla yanaşmağı diqqətə çatdıran Federasiyanın sədri bunun hamımızın müqəddəs borcu olduğunu vurğulayıb.