AZE ENG RUS
Xəbərlər

Dekabrın 29-da “Kənd-Qida-İş” Həmkarlar İttifaqı Federasiyasının onlayn formatda V Məclisi keçirilmişdir.

29.12.2021

Federasiyanın sədri Tofiq Quliyev giriş sözü ilə çıxış edərək,öncə Məclis iştirakçıları Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.   T.Quliyev qeyd etmişdir ki, Federasiya idmanın inkişafına xüsusi diqqət ayırır və Sahə idmançılarının uğurlarına həmişə diqqətlə izləyir.2021-ci ildə “Məhsul” Kənd Könüllü Həmkarlar Kooperativ İdman Cəmiyyətin Respublika Şurasının Beynəlxalq yarışlarda  nailiyyətlər qazanmış   Səmədov Cocu Vahid oğlu - Yunan-Roma güləş növü üzrə Macarıstanın paytaxtı Budapeşt şəhərində Dünya birinciliyində 80 çəki dərəcəsində III yer “Bürünc”  medal qazandığına görə və Qədirova Səbinə Miribrahim qızı  -  Cüdo növü üzrə  İspaniyanın Fuenxtirola şəhərində  yeniyetmeler arasında Avropa kubokunda III yer “Bürünc” medal qazandığına görə və eləcə də onların məşqçi-müəllimləri Federasinın Diplomu və xatirə hədiyyələri ilə təltif edilmişlər.

Məruzə ilə çıxış edən Federasiyanın sədr müavini T.Əliyev  qeyd etmişdir ki, Sahə həmkarlar ittifaqı üzrə işçilərin əmək hüquqlarının qorunması və sosial iqtisadi mənafelərinin müdafiəsi, qəbul olunan qanun və qərarların sosial yönümünün gücləndirilməsi, istehsalatda sağlam və təhlükəsiz iş şəraitinin yaradılması,yeni həmkarlar ittifaqı təşkilatlarının təsis edilməsi istiqamətində müəyyən işlər görülmüşdür.

 İşçilərin əmək hüquqlarının təminatı ilə bağlı dövlət və təsərrüfat orqanları ilə bağlanmış Sahə (tarif) Kollektiv  Sazişinin və kollektiv müqavilələrin müddəalarının yerinə yetirilməsi qismən təmin edilmişdir.

 Azərbaycan Respublikası Nazirlər Kabineti,Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və AR Sahibkarlar (işəgötürənlər) Təşkilatının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış Baş Kollektiv Sazışə tərəfimizdən Sahə işçilərinin mənafeyini təmin edən təkliflər verilmişdir.

Federasiya tərəfindən ənənəvi olaraq hər il iş şəraitinin müasir standartlara uyğunlaşdırılması sahəsində qabaqcıl iş təcrübəsinin yayılması istehsalat mədəniyyətinin və estetikasının yüksəlməsi məqsədi ilə "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi" sahə baxış müsabiqəsi keçirilmişdir. Qalib müəssisələr AHİK-in Respublika baxış müsabiqəsinə təqdim edilmişdir.

Onlarla müəssisə və təşkilatların qatıldığı bu müsabiqədə əməyin mühafizəsi, yüksək standartlara uyğun iş şəraiti ən yaxşı olan 8 müəssisəmiz Respublika Baxış Müsabiqəsinin qalibləri olmuşlar. Qaliblərə diplom və hədiyyələr təqdim edilmişdir.

Koronavirus infeksiyası (Covid-19) bütün dünyada yaşayan insanların hər birini narahat edir. Pandemiyanın elan olunmasından xeyli vaxt keçməsinə baxmayaraq bu gün təəsüflər olsun ki bu xəstəliyə yoluxma və ölüm göstəriciləri hələ də davam etməkdədir.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya hesab olunan Koronavirus (Covid-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində koronavirus infeksiyasının aradan qaldırılmasına yardımçı olmaq üçün Kənd-Qida-İş Hİ Federasiyası imkanlarını səfərbər edərək bir sıra tədbirlər həyata keçirilmişdir.

 İlk öncə üzv təşkilatlara pandemiya ilə bağlı AR Nazirlər Kabineti yanında operativ qərargahın qərar və sərəncamlarının yerine yetirilməsi üzrə izahat və tövsiyələr verilmişdir.

O cümlədən sanitariya – gigiyena qaydaları, sosial izolyasiya, mümkün olan halda  işçilərin məsafədən işləməsi, yığıncaqların və iclasların yalnız telefon (selektor) mobil və internet vasitəsi ilə keçirilməsinin vacibliyi bildirilmişdir.

 Hal hazırda da  üzv təşkilatlarla mütəmadi olaraq maarifləndirici və tibbi profilaktik tədbirlər həyata keçirilir.

Pandemiya dövründə işəgötürənlər tətəfindən işçilərin sayının əsassız azaldılması, işdən çıxarma hallarının qarşısının alınmasına diqqət daha da artırılmış, müəssisə və təşkilatlara bildirişlər göndərilmişdir.

Sahə həmkarlar ittifaqı Pandemiya dövründə çox çətin bir şəraitdə fəaliyyət göstərirdi. Federasiyanın əməkdaşları öz həyatlarını təhlükəyə ataraq imkansız və aztəminatlı ailələrin köməyinə yetişirdilər.

Bakı, Bakı ətrafı və regionlarda yaşayan ümumiikdə, 1792 aztəminatlı ailələrə baş çəkərək onlara ərzaq yardımı, 1974 imkansız insanlara maddi yardımlar göstərilmişdir.

Sahə həmkarlar ittifaqı İcraiyyə Komitəsinin Qərarı ilə "Koronavirusla Mübarizə Fonduna vəsait köçürülmüş, Federasiyanın aparat işçiləri də könüllü olaraq öz şəxsi vəsaitlərindən sözü gedən Fonda ianə etmişlər.

 Bununla yanaşı Federasiya tərəfindən karantin rejimində istifadə edilməsi üçün həmkarlar ittifaqı üzvlərinə qoruyucu vəsaitlər alınaraq paylanmışdır.

Bu gün də hər birimiz qələbə sevinci ilə yaşayırıq. Uzun müddət işğal altında olan torpaqlarımızın azadlığını görmək hər bir azərbaycanlı üçün çox sevindirici və qürurvericidir.

44 gün davam edən Vətən Müharibəsi Böyük Qələbəmizlə başa çatdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi.

Tarix yazan qəhrəman ordumuz,əsgər və zabitlərimiz AZərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini,əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdilər. Çox təəssüf ki, şəhidlər verdik, yaralılarımız oldu. Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirik.

Döyüşlər getdiyi müddətdə Ermənistanın siyasi və hərbi rəhbərliyinin göstərişi ilə bütün beynəlxalq konvensiya və qanunlara zidd olaraq cəbhə xəttindən xeyli uzaqda olan yaşayış məntəqələrinin raket atəşinə tutulması nəticəsində 94 nəfər mülki əhali, o cümlədən 11 uşaq qətlə yetirilmişdir. 400-dən çox insan yaralanmış 5 mindən çox ev tamamilə dağıdılmış və ya cidddi zədə almışdır.

Ermənistan silahlı qüvvələrinin növbəti təxribata əl ataraq cəbhə boyu ərazilərdə yerləşən yaçayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi intensiv atəşə tutmaqlarını onların bu çirkin əməllərini bütün  dünyaya çatdırmaq üçün "Kənd-Qida-İş" Hİ Federasiyası Bəyanat qəbul etmişdir. Bəyanatda deyilir:

Azərbaycanın öz ərazilərini və əhalisini müdafiə etmək hüqüqu vardır.Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təcavüzünün qarşısını almaq,təmas xətti boyunca yerləşən çoxsaylı yaşayış məntəqələrimizin mülki əhalisinin təhlükəsizliyini təmin etmək məqsədi ilə əks hücum və cavab tədbirləri görmək məcburiyyətində qalıb.

Azərbaycan dövlətinin heç bir qonşu dövlətə qarşı ərazi iddiası yoxdur. Aparılan əməliyyatlar ancaq və ancaq təcavüzkar erməni hərbi birləşmələrini Azərbaycanın əzəli torpaqlarından,işğal olunmuş ərazilərimizdən xaric edilməsi məqsədi daşıyır və.s.

Sahə həmkarlar ittifaqı birinci Qarabağ müharibəsi dövründə olduğu kimi,Vətən müharibəsi dövründə də şanlı ordumuza,əsgər və zabitlərimizə, eyni zamanda arxa cəbhədə fəaliyyət göstərən vətəndaşlarımıza maddi və mənəvi cəhətdən dəstək vermək üçün bir sıra tədbirlər həyata keçirmişdir.

Sahə həmkarlar ittifaqı İcraiyyə Komitəsinin qərarı ilə:

 - Azərbaycan ordusuna dəstək üçün Silahlı Qüvvələrin Yardım Fonduna vəsait ayrılmışdır.

Yenə də Federasiyanın aparat işçiləri könüllü olaraq öz şəxsi vəsaitlərindən Silahlı Qüvvələrə Yardım Fonduna ianə etmişlər.

Vətən müharibəsi nəticəsində qazilərimizin və şəhid ailələrinin sayı artmışdır. Bu gün həmin insanlara tələb olunan bütün yardımların göstərilməsi yönündə xüsusi əhəmiyyət kəsb edən layihələr həyata keçirilir. Bu layihələrdən biri də "Yaşat" Fondunun yaradılmasıdır.

 Federasiya da bu layihəyə qoşularaq "Yaşat"Fonduna vəsait köçürülmüşdür.Federasiyanın aparat işçiləri də öz vəsaitləri hesabına sözü gedən fonda ianə vermişlər.

Bununla yanaşı "Qarabağ" Dirçəliş Fonduna da ( AHİK-in mərkəzləşdirilmiş fonduna) vəsait köçürülmüşdür.

Bundan əlavə Federasiya müharibə dövründə:

- 13 aztəminatlı ailəyə ərzaq yardımı

- 139 nəfərə imkansız insanlara maddi yardımlar göstərilmışdir.

Həmçinin geyim və məişət əşyaları, gigiyena ləvazimatları alınaraq cəbhədə olan əsgərlərə göndərilmişdir.

"Kənd-Qida-İş" Hİ İcraiyyə Komitəsinin 19 avqust 2020-ci il tarixli qərarı ilə Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatla əlaqədar döyüş tapşırıqlarını yerinə yetirərkən şəhid olmuş hərbi quuluqçu şəhid gizir Tağıyev Rəhim Qara oğlunun ailəsinə sosial dəstək vermək məqsədi ilə onun övladlarını (Tağızadə Ülkər 05.03.2003-cü il təvəllüdlü, Tağızadə Nihad 24.01.2005-ci  il təvəllüdlü, Tağızadə Nicat 08.10.2009-cu il təvəllüdlü) yetkinlik yaşına çatanadək hər birinə hər ay yardım göstərməklə öz himayəsinə götürmüşdür.

 Təəssüflər olsun ki, həlak olanların içərisində bizim də üzvlərimiz olub. Onlardan biri də Az Qranata MMC-də çalışan Səmədov Hüseyn Müşviq oğludur. İcraiyyə Komitəsinin qərarı ilə mərhum şəhidimizin az yaşlı qardaşını Səmədov Yusif Müşviq oğlunu da həmçinin  yetkinlik yaşına çatanadək hər ay yardım göstərməklə öz himayəsinə götürmüşdür.

Müzakirə edilmiş məsələ ətrafılnda Sahə Hİ Qazax rayon komitəsinin sədri Qocamanov Fərhad, Azərsun Holdinq " MMC-nin "İqtisadi təhlil  departamentinin  müdiri Gözəlova Kəmalə   və “Baku İnternational Tobacco” MMC-nin HİK sədri Bərxudarova Vəsilə çıxış etmişlər və məsələ barədə müvafiq qərar qəbul edilmişdir.           -

 Məclisdə daha sonra 2020-ci və 2021-ci illər üzrə Həmkarlar İttifaqı Büdcəsinin yerinə            yetirilməsinin vəziyyəti  və 2021-ci, 2022-ci illlər üzrə Büdcə Layihəsi təsdiq edilmişdir.

Sonda gündəliyə çıxarılan məsələlərin müzakirəsi aparılıb, təşkilati və digər gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunmuşdur.