AZE ENG RUS
Xəbərlər

"Yaşıl Marafon" kampaniyası çərçivəsində ağacəkmə aksiyasına Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasıda qoşuldu

03.12.2021

Dekabrın 3-də IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə “Yaşıl marafon” kampaniyası çərçivəsində Bakının Müşfiqabad qəsəbələrində keçirilən növbəti genişmiqyaslı ağacəkmə aksiyasında Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının işçiləri iştirak edib. 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının  və üzv təşkilatlarının  əməkdaşlarının iştirakı ilə 1000-dən artıq müxtəlif növ ağaclar əkilib.

Aksiyaların məqsədi ölkəmizin yaşıllıq sahələrinin, flora biomüxtəlifliyinin artırılmasına, ətraf mühitin mühafizəsinə, yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir.