AZE ENG RUS
Xəbərlər

Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İtttifaqının İcraiyyə Komitəsinin onlayn formatda iclası keçirilmişdir.

04.11.2021

       Noyabr ayının 3 – də Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İtttifaqının İcraiyyə Komitəsinin onlayn formatda iclası keçirilmişdir. İclasda Federasiyanın sədri cənab Tofiq Quliyev   Möhtərəm Prezidentimiz, Ali Baş Komandan  cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti, rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qələbəmizin  birinci ildönümü münasibəti təbriklərini çatdırmışdır.

Bundan başqa gündəlikdə duran məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. Federasiyanın himayəsində olan şəhid ailəsi üzvlərinə "8 noyabr Zəfər bayramı" münasibəti ilə əlavə maddi yardım göstərilməsi və AHİK-in üzv təşkilatlarında hesabat seçki yığıncaqlarının təxirə salınması barədə qərarının icrasından  söz açmışdır.