AZE ENG RUS
Xəbərlər

“Kənd-Qida-İş” Hİ Federasiyası Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası ilə birgə “Həmkarlar ittifaqı cəmiyyətin sosial institutu kimi” mövzusunda seminar keçirilmişdir

22.10.2021

Cari ilin  oktyabr ayının 22 –də  onlayn formatda  zoom vasitəsi ilə “Kənd-Qida-İş” Hİ Federasiyası  Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası ilə birgə “Həmkarlar ittifaqı cəmiyyətin sosial institutu kimi” mövzusunda  sahənin həmkarlar ittifaqı komitəsinin sədrləri və fəalları üçün seminar keçirilmişdir.

Seminarı  Federasiyanın sədri Tofiq Quliyev açaraq, seminar iştirakçılarını salamladı və onlara seminarın işində uğurlar arzuladı.Giriş sözü ilə çıxış edən T.Quliyev sosial siyasət mövzusunda ölkənin rolundan söz açmış. Davamlı İnkişaf Proqramı və Federasiya tərəfindən pandemiya və Vətən Müharibəsi ilə əlaqədar olunan yadımlardan danışmışdır.

Sonra  AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının  “Əmək siyasəti” şöbəsinin “Əməyin ödənilməsi və əmək münasibətləri” sektorunun baş məsləhətçısı  Fəridə Hacıyeva  AR Əmək Məcəlləsində son dəyişikliklər,yeniliklər və əlavələr barədə seminar iştirakçılarının nəzərinə çatdırmışdır.

Fərdi və əmək mübahisələrin  xüsusiyətləri, əmək mühahisələrin  anlayışları və  təmzimləməsi bazası mövzusu məruzəsi dinlənildi.Çıxışın sonunda Əmək haqqının quruluşu və funksiyaları,ədalətli əmək haqqı sisteminin qurulmasında həmkarlar ittifaqlarının rolunun mühüm olduğunu bildirmişdir.

Daha sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin  Hüquqi tənzimləmə və müqavilələrin ekspertiziyası şöbəsinin baş məsləhətçisi  Fidan Rüstəmova “İcbarı Tibbi sığorta haqqında qanunu və Agentliyin fəaliyyəti barəsində  çıxış etmişdir. Qanunun əhalinin tibbi sığortasının təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edilməsindən və  tibbi sığortanın subyektləri arasındakı münasibətləri tənzimləməsindən məlumat vermişdir

Sonda Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin  xidmətləri  departamentinin Xidmətlərin təşkili şöbəsinin məsləhətçisi Əşrəf Qurbanov “Məşğulluq  və əmək sosial müdafiə siyasəti” mövzusunda çıxış etmişdir.

Yekunda seminar  öz işini müzakirələrlə davam etdirmişdir mövzu ətrafında  fikir mübadiləsi və iştirakçıların sualları cavablandırılmışdır.