AZE ENG RUS
Xəbərlər

Federasiyanın işçiləri Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

27.09.2021

Qeyd edək ki, bir il əvvəl bu gün Azərbaycanın Müzəffər Ordusu Ali Baş Komandan İlham Əliyevin əmri ilə torpaqlarımızın azad olunması uğrunda əks-hücum əməliyyatlarına başlayıb. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulub. 

Vətən müharibəsi nəticəsində 2914 hərbi qulluqçumuz şəhid olub. Bundan başqa, erməni silahlı birləşmələrinin Azərbaycanın müxtəlif ərazilərində dinc əhaliyə qarşı törətdiyi cinayətlər nəticəsində 94 mülki şəxs şəhid olub.

Dövlət başçısının sərəncamı ilə, sentyabrın 27-si ölkədə Anım Günü olaraq qeyd edilir.