AZE ENG RUS
Xəbərlər

Federasiyaya yazırlar:

12.08.2021

      Mən, Səmədov Yusif Ağsuda yaşayıram. Böyük qardaşım İkinci Qarabağ döyüşlərində həlak olmuş, şəhidlik zirvəsinə ucalmışdır. Dövlət qayğısı ilə yanaşı qardaşımın iş yerindən,  Az-Granata MMC-nin Həmkarlar İttifaqı da ("Kənd-Qida-İş" ) diqqət və qayğısını  bizdən əsirgəmir. Elə bu yaxınlarda da Rüfət müəllim və Cabbar müəllim bizim evdə qonaq oldular, ailəmizin güzəranı, mənim təhsilimlə maraqlandılar.Məni və anamı bayram sovqatı ilə sevindirdilər. Bundan əlavə hər ay 150 manat maddi dəstəklərini bizdən əsirgəmirlər.

 

                                                                 Səmədov Yusif- Şəhid qardaşı, orta məktəbi bu il bitirmişdir.

 

 

Mən, Mingəçevirdən aprel döyüşlərində həlak olmuş Tağıyev Rahim Qara oğlunun həyat yoldaşıyam. Şəhidimdən mənə yadigar 3 övlad böyüdürəm. Dövlət qayğısı ilə yanaşı  "Kənd-Qida-İş" Həmkarlar İttifaqı Federasiyası  bizə öz qayğısını daim göstərir. Sonuncu dəfə qurban bayramı ərəfəsində də Federasiyanın nümayəndəsi Rüfət müəllim  qonağımız olmuş  ərzaq sovqatı ilə bizi ziyarət etmişdir. Bundan başqa hər ay  daimi olaraq  övladlarımın hər birinə 150 manat maddi dəstək göstərirlər. Bu xeyirxah əməllər üçün başda Federasiya sədri Tofiq Quliyev  olmaqla Sizə dərin minnətdarlığımı bildirirəm.

 

                                              Tağıyeva Vüsalə - Şəhidin həyat yoldaşı, 3 yeniyetmə övladı var, işsizdir.