AZE ENG RUS
Xəbərlər

"Azərbaycan Həmkarlar İttifaqları – 115 il" yubiley döş nişanının təqdim edilməsi.

05.07.2021

 "Azərbaycan Həmkarlar İttifaqları – 115 il" yubiley döş nişanı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi tərəfindən təsis edilmişdir. Yubiley döş nişanı ilə həmkarlar ittifaqı hərəkatında xidmətlərinə görə dövlət xadimləri, ictimai xadimlər, beynəlxalq təmsilçilər və başqaları təltif olunurlar. Bu təltif olunma mərasimlərində " Kənd-Qida-İş" Həmkarlar İttifaqı Federasiyası da öz növbəsində yaxından iştirak edir.

      Federasiya sədri Tofiq Quliyev qida sektorunda yüksək xidmətləri ilə tanınan "Azərsun Holding" şirkətlər qrupuna daxil olan "Bakı Qida Yağ" fabrikinin həmkarlar ittifaqı komitəsinin sədri Elnur Məmmədovu qəbul etmişdir. Tofiq Quliyev təltif olunan  HİK sədrinə "Azərbaycan Həmkarlar İttifaqları – 115 il" yubiley döş nişanını təqdim etdikdən sonra təbriklərini çatdırmış və "Azərsun Holding"lə uzun illər davam edən qarşılıqlı əməkdaşlıq prinsiplərindən söz açmışdır. Yubiley döş nişanı ilə təltif edilməsini böyük etimad kimi dəyərləndirərək təşəkkür edən  Elnur Məmmədov təşkilatın kollektivinə həmkarlar ittifaqlarının hüquqlarının qorunması, onların üzvlərinin əmək, sosial, iqtisadi və qanuni mənafelərinin müdafiəsi istiqamətində fəaliyyətində uğurlar arzu etmişdir.

     Məlumat verərək bildirmişdir, fabrikin əsas missiyası  istehsala başladığı ilk gündən etibarən istehlakçısının etimadını qazanmağa layiq olan «Bakı Yağ Fabriki» istehsalçı mövqeyində olmanın verdiyi məsuliyyəti, istehlakçısına çatdırdığı bütün məhsulların, təhlükəsiz, ləziz, xüsusi olması ilə təsdiqlənir.

     «Bakı Yağ Fabriki»nin geniş istehsal dairəsi vardır. Dünya bazarlarının çoxunu fəth etmiş "Teksun", "Final", "Super Sun", "Paşa", "Aysun" yağlarının 1996-cı ildən Bakıda istehsalı başlanılıb. Bakı Yağ Fabrikində yenidənqurma işlərinin aparılması və avadanlığın tam müasir tələblərə uyğunlaşdırılması buna zəmin yaratmışdır.

      Burada “əl dəyməyən” texnologiya ilə yüksək keyfiyyətli yeyinti yağları istehsal edilir. Zavodda ABŞ-dan, İtaliyadan, Fransadan alınan texnoloji avadanlıqlardan istifadə olunur. Müasir deodorizə və ventirizə sistemləri qurulmuşdur. Bu yeni sistem ətraf mühitə heç bir zərər vermədiyi kimi, ən yüksək keyfiyyətdə bitki yağlarının emal edilməsini də təmin etməkdədir.