AZE ENG RUS
Xəbərlər

“Baku İnternational Tobacco” MMC-nin Həmkarlar İttifaqı təşkilatının təsis konfransı keçirilib.

24.05.2021

“Baku İnternational Tobacco” MMC-nin Həmkarlar İttifaqı təşkilatının təsis konfransı keçirilib.
Hər zaman olduğu kimi “Kənd-Qida-İş” Hİ Federasiyası özəl sektorda yeni həmkarlar təşkilatları yaradır, onlardan biri “Baku İnternational Tobacco” MMC-nin Həmkarlar İttifaqı komitəsidir. 20.05.2021-ci il tarixində keçirilən təsis Konfransında “Kənd-Qida-İş” Hİ Federasiyanın sədri çıxış edərək, Həmkarlar İttifaqı təşkilatının yaranmasının əhəmiyyətindən və zərurətindən danışıb. Tofiq Quliyev bütün fəaliyyət sahələri üzrə həmkarlar ittifaqlarının yaradılmasının vacibliyini həmkarlar ittifaqlarının istehsal və qeyri-istehsal sahələrində çalışan işçilərin, təqaüdçülərin və təhsil alan şəxslərin əmək, sosial hüquqlarını və mənafelərini müdafiə edən, müstəqil ictimai və qeyri-siyasi təşkilat olduğunu qeyd edib. Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətinə hərtərəfli dəstək verməyə çağırıb və bu əlamətdar hadisə münasibəti ilə onları təbrik edib.
Sonda “Baku İnternational Tobacco” MMC-nin yeni yaradılan Həmkarlar İttifaqı təşkilatının təsis konfransının nümayəndələri səsvermə yolu ilə Həmkarlar İttifaqı Komitəsinin üzvlərini seçiblər və Bərxudarova Vəsilə Sabir qızı “Baku İnternational Tobacco” MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib.