AZE ENG RUS
Xəbərlər

"Layiqli əmək təhlükəsiz iş şəraiti" adı altında ümumrespublika baxış müsabiqəsinin qaliblərinin təltif edilməsi.

25.05.2021

İş yerlərində əmək şəraitinin yaxşılaşdırılması, təhlükəsizlik qaydalarına əməl edilməsi, işçilərin sağlamlığının qorunması, əməkdaşların qayğısına qalınması artıq zamanın tələbidir. Azərbaycanda əməyin mühafizəsi normaları və qaydaları Əmək Məcəlləsi ilə, icra hakimiyyəti orqanlarının qəbul etdiyi normativ-hüquqi aktlarla, habelə Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir.Əməyin mühafizəsi, işçilərin hüquqlarının qorunması, təhlükəsiz və sağlam iş yerlərinin yaradılması bu gün dövlətimizin həyata keçirdiyi sosial siyasətin əsas istiqamətlərindəndir.Bu istiqamətdə Həmkarlar İttifaqları da həmişə işçilərin təhlükəsiz şəraitdə çalışması üçün xüsusi işlər görür. Bunlardan biri də AHİK-in "Sağlam və təhlükəsiz əmək şəraiti" adı altında keçirilən ümumrespublika baxış müsabiqələridir. "Kənd-Qida-İş Həmkarlar İttifaqı Federasiyası da AHİK in bu əməllərini dəstəkləyir və müsabiqə qaliblərini təltif edilməsində yaxından iştirak edir. Son illərdə ölkəmizdə kənd təsərrüfatı sürətlə inkişaf etmiş və yeni yüksəliş mərhələsinə qədəm qoymuşdur. Aqrar sahəyə xidmət edən qurumlar sırasında meliorasiya və su təsərrüfatı xüsusilə önəmli yer tutur. Təsadüfi deyil ki, yeni qəbul olunmuş regional inkişaf proqramında bu şəbəkənin genişləndirilməsi, əkinlərin suya tələbatının tam ödənilməsi prioritet vəzifə kimi qarşıya qoyulmuşdur.
24 may 2021-ci ildə Federasiya rəhbərliyi 2 qalib müəssisəni qəbul etmişdir. Viləşcay su anbarı istismarı idarəsi Masallı rayonunda aqrar sahənin inkişafında, ərzaq bolluğu yaradılmasında mühüm rol oynayır. 1986-cı ildən fəaliyyət göstərən bu idarə rayonun 9136 hektar əkin sahələrini suvarma suyu ilə təmin edir. Bundan ötrü idarənin balansında ümumi həcmi 46 milyon kubmetr olan su anbarı, yeddi ədəd kiçik su tutarı (istillər), ümumi uzunluğu 438 kilometr təşkil edən açıq suvarma kanalları, 169 ədəd müxtəlif növ hidrotexniki qurğular, 40 kilometr uzunluğunda, 1200 millimetr diametrdə yeraltı boru kəmərləri, 5360 hektar sahədə qapalı suvarma şəbəkəsi vardır.İdarənin HİK sədri Əmirli Hüseyn görüşdə bildirmişdir ki,
görülən zəruri tədbirlərin nəticəsi olaraq bu il Masallıda taxıl əkini 4248 hektar, yəni 60 faiz artmışdır. Tərəvəz əkini sahələri 7,5 faiz çoxalmışdır. Bu yay artıq bir çox kənd təsərrüfatı məhsulları lazımınca əiklib-becərilmiş və yığımda yüksək məhsuldarlığa nail olunmuşdur. Heç bir təsərrüfat su qıtlığı ilə üzləşməmişdir. Uğurların qazanılmasında, şübhəsiz, melioratorların da zəhməti az deyil.
Qalib müəssisələrdən biri də Qəbələ Suvarma Sistemləri İdarəsidir. İdarənin 115 nəfər işçisi vardır.İdarənin əsas fəaliyyəti əhalini suvarma suyu ilə təmin etməkdir.Bu məqsəd üçün suvarma kanalları lildən tamizlənir, hidrotexniki qurğular təmir edilir.Rayonun ərazisi dağ çaylarının əhatəsində yerləşdiyi üçün yaşayış məntəqələrinin və torpaq sahələrinin mühafizəsi üçün sahilbərkitmə işləri aparılır. İşçilərin fəaliyyəti hər daim diqqət mərkəzindədir. Bu fikirləri Federasiya rəhbərliyi ilə görüşdə İdarə müdiri və Hİk sədri bildirmişdir.
Federasiya rəhbərliyi tərəfindən qalib müəssisələr fəxri fərman və hədiyyələrlə təltif edilmiş daim işlərində uğurlar arzulanmışdır.