AZE ENG RUS
Xəbərlər

"Layiqli əmək təhlükəsiz iş şəraiti" adı altında ümumrespublika baxış müsabiqəsinin qaliblərinin təltif edilməsi.

18.05.2021

Əməyin mühafizəsi işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədilə nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ölkəmizdə hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu müəyyən edir.  Bu gün Azərbaycanda əməyin mühafizəsinə  yönələn dövlət nəzarətində də prinsipial  yanaşma iş yerlərində maksimal təhlükəsiz texnoloji fəaliyyətin təmin edilməsi, işçilərin peşə əmək qabiliyyətinin qorunması və peşə risklərinin idarə olunması üçün önləyici tədbirlər sisteminin tətbiqini nəzərdə tutur.  Peşə risklərinin idarə olunmasında istehsalat faktorlarının insan orqanizminə vurduğu zərərli təsirin minimuma endirilməsinə nail olmaq məqsədilə bir sıra təşkilatı-hüquqi, texnoloji, sosial, tibbi və sanitar-gigiyenik tədbirlərin həyata keçirilməsi tələb olunur.

1991-ci ildə  Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" Şirkətlər Qrupu ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətidir.

 Qida sektorunda Azərbaycanın istehsalçı və ixracatçı ölkə halına gəlməsində böyük rol oynayan  "Azərsun Holdinq" tərkibində fəaliyyət göstərən zavodların güclü istehsal potensialı ilə yanaşı geniş ixracat şəbəkəsinə sahibdir.  Sahib olduğu şirkət idarəçilik prinsipləri, müştəri məmnuniyyəti, keyfiyyət təminatı, sosial məsuliyyət layihələri və ətraf mühiti qoruma  prinsipləri  ilə xalqa xidmət etməkdədir.

 "Azərsun Duz İstehsalat Birliyi" QSC 21.09.2007-ci il tarixdə "Azərsun Holdinq" Şirkətlər Qrupu tərəfindən təsis edilmişdir. Abşeron yarımadasında yerləşən Azərbaycan Duz İstehsat Birliyi kimi fəaliyyət göstərən Masazır duz zavodu 21.07. 2010 ildə istifadəyə verilmişdir. Zavodun rəsmi açılışı  Azərbaycan Respublikasının Prezidenti  möhtərəm İlham Əliyev cənablarının iştirakı ilə həyata keçirilərək  Azərbaycanda yodlaşdırılmış, yüksək standartlara  uyğun keyfiyyətli qida duzu istehsalına başlanılmışdır. Xammalı Masazır gölündən təmin olunan zavod ölkə və regionu yodlaşdırılmış duz ilə tam təmin etmək imkanına malikdir. Müəssisənin illik istehsal gücü 35 000 tondur. Birliyin 158 nəfər işçisi var və  iş yerlərində əməkdaşların daha təhlükəsiz şəraitdə çalışmaları üçün daim yüksək səviyyədə çalışır.

AHİK tərəfindən "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi” Respublika müsabiqələrinin keçirilməsi   iş yerində təbii ki, sağlam, təhlükəsiz əmək şəraitinin təmin olunmasında mühüm əhəmiyyətə malikdir. Bu istiqamətdə geniş işlər görülür. Kənd-Qida-İş Həmkarlar İttifaqı Federasiyası da öz növbəsində bu əməlləri dəstəkləyir. Yaxın günlərdə bununla bağlı olaraq müsabiqə qalibləri fəxri fərman və hədiyyələrlə təltif olunmuşlar. Federasiyanın sədri Tofiq Quliyev cari ilin may ayının 18-də müsabiqə qalibi olan  "Azərsun Duz İstehsalat Birliyi"nin rəhbərini Nəbi  Zeynalzadəni qəbul etmiş ilk öncə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyevin  adından təbriklərini çatdırmış və gələcək işlərində uğurlar  arzulamışdır. Tofiq Quliyev  müəssisənin perspektivlərindən, yüksək əmək şəraitindən söz açmış və onuda qeyd etmişdir ki "Azərsun Duz İstehsalat Birliyi" istehsalat bazarına 85 % ölkəyə duz istehsal edir və xaricə də ixrac etmə gücünə malikdir. Daha sonra " Azərsun Duz İstehsalat Birliyi"nin rəhbəri  Nəbi  Zeynalzadəyə  AHİK-in Fəxri Fərmanı və hədiyyəsi təqdim edilmişdir  və gələcək işlərində uğurlar arzulanmışdır.