AZE ENG RUS
Xəbərlər

"Layiqli əmək təhlükəsiz iş şəraiti" adı altında ümumrespublika baxış müsabiqəsinin qaliblərinin təltif edilməsi.

20.05.2021

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübənin mütərəqqi cəhətləri əxz olunmaqla qanunvericilik bazasının təkmilləşdirilməsi və konkret əməli tədbirlərin həyata keçirilməsi baxımından Azərbaycan regionda qabaqcıl bir ölkədir. Bu, Prezident İlham Əliyevin hər bir azərbaycanlının firavanlığına xidmət edən uğurlu siyasəti, həmçinin, əməkçilərin hüquqlarının təminatına daim xüsusi diqqət və qayğı göstərməsi ilə bağlıdır.Prezidentimizin bu siyasətinin davamı olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən «Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi adı altında müsabiqələr keçirilir. "Kənd-Qida-İş" Hİ Federasiyası öz növbəsində Konfederasiyanın bu əməllərini daim dəstəkləyir və müsabiqə qaliblərini daim yüksək qiymətləndirir.Cari ilin may ayının 20-də qalib müəssisələrindən biri olan "Lənkəran konserv zavodu"nun təltif edilmə mərasimi keçirilmiş, Kənd-Qida-İş" Hİ Federasiyasının sədri Tofiq Quliyev Lənkəran Konserv ASC-nin rəhbərini Nurlan Əliyevi qəbul etmiş ilk öncə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyevin adından təbriklərini çatdırmış və gələcək işlərində uğurlar arzulamışdır. Nitqində Tofiq Quliyev müəssisənin perspektivlərindən, yüksək əmək şəraitindən, işçilərə göstərilən diqqət və qayğıdan söz açmış və əmək şəraitinin yaxşılaşdırılması, təhlükəsizlik qaydalarına əməl edilməsi, işçilərin sağlamlığının qorunması, əməkdaşların qayğısına qalınmasının mühüm vəzifələrdən biri olması barədə məlumat vermişdir. Tədbirdə AHİK-in Əməyin mühafizəsi şöbəsinin Əməyin aparıcı texniki müfəttişi Nadir Muradov da iştirak etmişdir.
Lənkəran Konserv ASC-nin rəhbəri Nurlan Əliyev təbriklər üçün təşəkkürünü bildirmiş və məlumat verərək bildirmişdir ki, yüksək keyfiyyət və unudulmaz dadına görə Lənkəran Konserv ASC 2009-cu ildə
Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin Sahibkarlığın İnkişafına dövlət
dəstəyi proqramlarına uyğun olaraq dövlətin güzəştli krediti və Azersun Holding MMC-nin vəsaiti hesabına yaranmışdır. Zavodun məhsulları beynəlxalq sərgilərdə qızıl medal və diplomlarla təltif edilmişlər. Bunlar etibarlı təchizatçı reputasiyasının formalaşmasına zəmin yaradır. Daxili bazarla yanaşı məhsullar həm də xarici ölkələrə ixrac edilir. Bunlar: MDB, Avropa, ABŞ, Asiya, Avstraliya və Yeni Zelandiya. Azərbaycanın cənub bölgəsində yerləşən, subtropik iqlimi və zəngin bitkiçilik-meyvəçilik çeşidləri ilə tanınan Lənkəran şəhərində fəaliyyət göstərən Lənkəran Konserv Zavodu, bölgə fermerlərindən tədarük edilən meyvə və tərəvəzlərin emalı, xüsusilə közlənmiş tərəvəz konservləri, kompot və turşu istehsalı üzrə ixtisaslaşıb. Zavodun illik istehsal gücü 12 000 tondur.
Lənkəran Konserv Zavodunda mövsüm dövründə fiziki say olaraq, 300-350 nəfər iş yeri yaranır. Müəssisədə 87 nəfər müddətsiz 400 nəfər müddətli çalışan işçi var.Sonda əməkdaşların təhlükəsizliyinin, sağlamlığının qorunmasının təmin edilməsi barədə daim düşündüklərini müəssisə rəhbəri öz nitqində bir daha bildirmişdir.