AZE ENG RUS
Xəbərlər

"Layiqli əmək təhlükəsiz iş şəraiti" adı altında ümumrespublika baxış müsabiqəsinin qaliblərinin təltif edilməsi.

19.05.2021

 

İş yerlərində əmək şəraitinin yaxşılaşdırılması, təhlükəsizlik qaydalarına əməl edilməsi,işçilərin sağlamlığının qorunması, əməkdaşların qayğısına qalınması artıq zamanın tələbidir.Azərbaycanda əməyin mühafizəsi normaları və qaydaları Əmək Məcəlləsi ilə, icra hakimiyyəti orqanlarının qəbul etdiyi   hüquqi aktlarla,habelə  Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı  beynəlxalq müqavilələrlə müəyyən edilir.Əməyin mühafizəsi, işçilərin hüquqlarının qorunması, təhlükəsiz və sağlam iş yerlərinin yaradılması bu gün dövlətimizin həyata keçirdiyi sosial siyasətin əsas istiqamətlərindəndir. İşçilərinin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin edilməsinə diqqət yetirmək hər bir   işəgötürən üçün qanuni öhdəlikdən əvvəl, ilk növbədə mənəvi borcdur. İqtisadiyyatın aparıcı qüvvəsi işçi insandır və işçi insanın həyat və sağlamlığına qarşı diqqət, qayğı nəticə etibarilə iqtisadiyyatın özünə, onun inkişafına dəstək deməkdir. Bu silsilə əməllərə dəstək olaraq AHİK tərəfindən "Layiqli əmək təhlükəsiz iş şəraiti" adı altında ümumrespublika baxış müsabiqələri keçirilir və yüksək səviyyədə qiymətləndirilir. "Kənd-Qida-İş" Hİ Federasiyası da bu işlərdə yaxından iştirak edir və müsabiqə iştirakçılarını qiymətləndirir.Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin 2020-ci il üzrə qaliblərindən biri  "Azərsun Holdinq" Şirkətlər Qrupuna daxil olan “Şamaxı Dairy Farm MMC"dir.Daha əvvəl Kürdəmir Süd Emalı Zavodu MMC hüquqi şəxs olaraq davam edən fəaliyyəti  2021 ci ildən Şamaxı Dairy Farm MMC olaraq davam etməkdədir. Süd Emalı Zavodu 2013-cü ildə Azersun Holdinqə bağlı olaraq, Kürdəmir rayonu Atakişili kəndində fəaliyyətə başlamışdır.Müəssisədə hal-hazırda AzərSüd, Bizim Süd, Luga, Kulinarka və Yurdum  markaları ilə 105 çeşiddə müxtəlif növ süd məhsulları istehsal edilir, keyfiyyətin idarə etmə sistemi İSO 9001 standartı tətbiq edilir.Müəssisənin illik süd emal gücü 91 250 Ton təşkil edir.Müəssisədə daimi olmaqla toplam 174 işçi çalışır. «Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)» Respublika müsabiqəsi qalibi olan   Şamaxı Dairy Farm MMC-nin mükafatlandırılması ilə bağlı tədbir may ayının 19-da  keçirilmişdir. Tədbirdə "Kənd-Qida-İş" Hİ Federasiyasının sədri Tofiq Quliyev müəssisədə yüksək əmək şəraitindən, işçilərə sağlam təhlükəsiz iş yerlərinin yaradılmasından bəhs etmişdir. Sədr çıxışında  AZERSUN holdinglə 20 ili ötən əməkdaşlığı haqqında məlumat vermiş bu sahədə görülən işlərdən danışmışdır. Şirkətin 14 müəssisəsi son illər ərzində müsabiqənin qalibi olduğunu qeyd edərək qalib müəssisəni təntənəli surətdə təbrik etmişdir.AHİK-in sədrinin müavini  Cavanşir Alxasov da bu tədbirdə iştirak etmiş ilk öncə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyevin  adından qalib müəssisəyə təbriklərini çatdırmış və gələcək işlərində onlara uğurlar  arzulamışdır.Sonda “Şamaxı Dairy Farm MMC “ rəhbəri   Məmmədov Fuad Nadir oğlu qalibiyyətləri ilə əlaqədar olaraq   AHİK-in Fəxri Fərmanı və qiymətli hədiyyələrlə təltif edilmişdir.