AZE ENG RUS
Xəbərlər

"İlin peşəkar gənci" adı altında müsabiqəsinin qaliblərinin təltif edilməsi.

28.04.2021

  Bu gün Azərbaycan gəncləri yeni, müasir və müstəqil ölkənin qurulmasında fəal iştirak edirlər. Gələcəyimizin etibarlı təminatı peşəkar kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Hazırda respublikadakı həmkarlar ittifaqı üzvlərinin üçdəbiri 35 yaşınadək olan gənclərdir. Belə bir qüvvənin təşkilatın işində yaxından iştirakı vacib məsələlərdən biridir. Həmkarlar ittifaqları mövcud struktur çərçivəsində gənclərin fəallığını təmin etməyə, rəhbər orqanlarda təmsil olunmalarına şərait yaratmağa, işləyən və təhsil alan gənclərin hüquq və mənafelərinin qorunmasına çalışırlar.Bununla bağlı olaraq "İlin peşəkar gənci" adı altında müsabiqələr keçirilir.Müsabiqə qaliblərindən Azərsun Holdinq Şirkətlər Qrupunun  Kürdəmir Süd Emalı Zavodunun rəhbəri Fuad Məmmədov Federasiya rəhbərliyi tərəfindən mükafatlandırılıb.