AZE ENG RUS
Xəbərlər

"Layiqli əmək təhlükəsiz iş şəraiti" adı altında ümumrespublika baxış müsabiqəsinin qaliblərinin təltif edilməsi.

27.04.2021

       Bu gün Azərbaycanda əməyin mühafizəsinə  yönələn dövlət nəzarətində də prinsipial  yanaşma iş yerlərində maksimal təhlükəsiz texnoloji fəaliyyətin təmin edilməsi, işçilərin peşə əmək qabiliyyətinin qorunması və peşə risklərinin idarə olunması üçün önləyici tədbirlər sisteminin tətbiqini nəzərdə tutur.  Peşə risklərinin idarə olunmasında istehsalat faktorlarının insan orqanizminə vurduğu zərərli təsirin minimuma endirilməsinə nail olmaq məqsədilə bir sıra təşkilatı-hüquqi, texnoloji, sosial, tibbi və sanitar-gigiyenik tədbirlərin həyata keçirilməsi tələb olunur.

       İşçilərinin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin edilməsinə diqqət yetirmək hər bir işəgötürən üçün qanuni öhdəlikdən əvvəl, ilk növbədə mənəvi borcdur. İqtisadiyyatın aparıcı qüvvəsi işçi insandır və işçi insanın həyat və sağlamlığına qarşı diqqət, qayğı nəticə etibarilə iqtisadiyyatın özünə, onun inkişafına dəstək deməkdir. 

       Bu silsilə əməllərə dəstək olaraq AHİK tərəfindən "Layiqli əmək təhlükəsiz iş şəraiti" adı altında ümumrespublika baxış müsabiqələri keçirilir və yüksək səviyyədə qiymətləndirilir. Kənd-Qida-İş Hİ Federasiyası da bu işlərdə yaxından iştirak edir və müsabiqə iştirakçılarını qiymətləndirir.

Qusar suvarma sistemləri idarəsi  Qusarçay, Samur və Samur-Abşeron suvarma sistemlərini özündə birləşdirən idarə 1560 kilometrə yaxın təsərrüfatlararası və təsərrüfatdaxili kanal və arxlarla 29 min hektardan çox suvarılan torpağı su ilə təmin edir. İdarənin baş mexaniki Qubatov Əhməd 2019-2020-ci il istismar tədbirləri planında nəzərdə tutulan cari və əsaslı təmir işlərinin artıq yerinə yetirildiyini qeyd etmişdir.  Müəssisə ilə görüş öz növbəsində tərəflərin qarşılıqlı xoş təəsüratlarıyla yadda qalmışdır. Müəssisənin işçisi pandemiya şəraitində işçilərin təhlükəsizliyi üçün görülən işlərdən, əmək fəaliyyəti barədə məlumatları Federasiya rəhbərliyinə bildirmişdir. Bu şəraitdə müəssisələrə və işçilərə göstərilən diqqət və qayğıdan danışmışdır.

   Federasiya rəhbərliyi qalib müəssisəni təbrik etmiş fəxri fərmanı və qiymətli hədiyyələri təqdim etmişdir.İşlərində uğurlar arzulamışdır.