AZE ENG RUS
Xəbərlər

"Layiqli əmək təhlükəsiz iş şəraiti" adı altında ümumrespublika baxış müsabiqəsinin qaliblərinin təltif edilməsi.

27.04.2021

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən istismar olunan suvarma və kollektor-drenaj şəbəkələrinin böyük əksəriyyəti əvvəllər kolxoz, sovxoz və digər kənd təsərrüfatı müəssisələrin balasında olmuş daxili təsərrüfat sistemləridir. Respublikamızda aparılan aqrar islahatlar nəticəsində kolxoz, sovxoz və digər kənd təsərrüfatı müəssisələri ləvğ olunduqdan sonra bu şəbəkələr bir müddət sahibsiz qaldığından və baxımsızlıq üzündən istismara yararsız vəziyyətə düşmüşdü. Bir çox şəbəkələr, xüsusilə dəmir-beton növlu suvarma və qapalı şəbəkələr dağılıb sıradan çıxmışdı.

Respublika Nazirlər Kabinetinin müvafiq qərarına əsasən bu şəbəkələr 2000-ci ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin balansına götürüldü və onların təmir-bərpasına və tənzimlənməsinə başlandı. Təsərrüfatdaxili suvarma və kollektor-drenaj sistemlərinin dövlət himayəsinə götürülməsi ulu öndərimizin respublikada sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsi olmaqla, bu sistemlərin tamamilə məhv olması təhlükəsini aradan qaldırdı.

İstismar tədbirləri və əsaslı təmir hesabına bu şəbəkələrdə hər il müəyyən həcmdə təmir-tənzimləmə işləri aparılır və onların normal istismarı təmin edilir.

Ulu öndərimizin göstərişləri əsas tutulalaq, xarici investisiyalar, ilk növbədə meliorasiya və su təsərrüfatı sahəsinə yönəldildi. Sahəyə investisiya qoyuluşnun səmərəliliyini təmin etmək məqsədi ilə tikintisi yarımçıq qalmış 11 obyekt seçildi və onlardan iqtisadiyyatımız üçün son dərəcə vacib olan üç obyektin (Baş Mil-Muğan Kollektoru tikintisinin, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Naxçıvan MR-də Vayxır su anbarınin tikintisinin) birinci növbədə maliyyələşdirilməsi qərara alındı.

Baş Mil-Muğan Kollektorunun tikintisinə 1985-ci ildə başlanmış və onun ümumi uzunluğundan 90 km-lik birinci buraxılış obyektinin tikintisi 1994-cü ildə istismara verilmişdir. Kollektorun 52,7 km-lik ikinci hissəsinin tikintisinə İslam İnkişaf Bankının krediti hesabına 1998-ci ildə, kollektorun Araz çayı ilə kəsişməsində dükerin tikintisi Dünya Bankının krediti hesabına 2000-2002-ci illərdə başa çatdırılmışdır. İdarənin 140 dan çox işçisi var. İşçilərin sağlam  fəaliyyəti  ,iş yerlərində təbii ki,  təhlükəsiz əmək şəraitinin təmin olunması mühüm əhəmiyyətə malikdir. Bu istiqamətdə geniş işlər görülür. Burada həm müəssisə rəhbərinin, həm də müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının üzərinə məsuliyyət düşür.

Layiqli əmək təhlükəsiz iş şəraiti adı aıdtında keçirilən müsabiqənin qaliblərindən olan "Baş Mil Muğan Kollektorunun İstismar İdarəsi"dir. İdarənin rəisi "Kənd-Qida-İş"

 Həmkarlar İttifaqı Federasiyasının sədri Tofiq Quliyevlə görüşü zamanı öz əməli fəaliyyətlərdən danışmış, daim işçilərə olan qayğıdan söz açmışdır. Federasiya rəhbəri qalib müəssisəni təbrik etmiş,qiymətli hədiyyələr və fəxri fərmanla təltif etmişdir.