AZE ENG RUS
Xəbərlər

Zəfərə aparan igidlər.

16.03.2021

27 sentyabr 2020 - ci il tarixində Ermənistan silahlı qüvvələri növbəti dəfə cəbhə boyu kəndlərimizi iri çaplı silahlardan atəşə tutmağa başladılar.Bu hücumların qarşısını almaq,ölkənin ərazi bütövlüyüynü və suverenliyini qorumaq məqsədilə Azərbaycan ordusu əks hücum əməliyyatına başladı və 44 gün davam edən vətən müharibəsi  noyabrin 10-da ordumuzun tarixi qələbəsi ilə başa çatdı.Beləliklə, xalqımızın 30 il çəkən torpaq həsrətinə son qoyuldu, ədalət bərpa edildi. Eyni zamanda, Prezident, Ali Baş Komandan İlham Əliyev qalib sərkərdə, Azərbaycan Silahlı Qüvvələri güclü ordu, xalqımız isə böyük, məğrur, yenilməz olduğunu bir daha təsdiqlədi.

Qarabağın azadlığı uğrunda günbəgün möhkəmlənən və əvvəllər tarixin heç bir dönəmində bu­günkü yekdilliyi fəth etməyən ümummilli həmrəyliyi Azərbaycanı Böyük Qələbəyə qovuşdurdu. Bu uğur, bu qələbə naminə Vətən oğullarımız son nəfəsinədək vuruş­du, canından belə keçdi. Ölkəmizdə şəhid adının əbədiləşdirilməsi ilə bağlı addımlar atılır, onların əziz xatirəsi daim yad edilir. Bu siyasət davamlı xarakter daşıyır. Azərbaycan dövləti bu qəbildən olan insanların qayğı və ehtiyaclarını diqqətdə saxlayır və sosial problemlərinin həlli istiqamətində ardıcıl işlər görülür.İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsində dövlətimizin baş­çısının da dəfələrlə vurğuladığı kimi, bizim birlikdə güclü olmağımız önəmli rol oynadı. İkinci Qarabağ Müharibəsində Azərbaycan ordusunun 2783 nəfər hərbçisi həlak olub,onlar ən uca zirvə olan şəhidlik mərtəbəsinə yüksəliblər.Təəsüflər olsun ki həlak olanların içərisində  "Kənd – Qida – İş" Hİ Federasiyasının da üzvləri  olub.Onlardan biri də AzGRANATA MMC nin kollektivində çalışan  Səmədov Hüseyn Müşviq oğludur.O atasının bir neçə il bundan əvvəl dünyadan köçməsindən sonra ailəsinin yükünü öz çiyinlərinə almış qəhrəmanımızdır. 22 yaşlı  Hüseyn Füzuli-Cəbrayıl istiqamətində döyüşlərdə  rəşadətli ordumuzun tərkibində mərdliklə vuruşmuş və qəhrəmancasına həlak olmuşdur.Əməllərinə,nümunəvi fəaliyyətinə görə "Vətən Uğrunda“ medalla  təltif olunmuşdur.Ölkəmizin bu fəaliyyət istiqamətində işlərini daim diqqət mərkəzində saxlayan  "Kənd – Qida -  İş"  Hİ Federasiyası da öz növbəsində  İcraiyyə Komitəsinin qərarı ilə  mərhum şəhidimizin az yaşlı qardaşını- Səmədov Yusif  Müşviq oğlunu   yetkinlik  yaşına çatanadəkki dövrə qədər hər ay  yardım göstərməklə öz himayəsinə götürmüşdür.Bu sahədə öz davamlı xəttini davam etdirən Federasiyamız fəaliyyət istiqamətində bu cür əməlləri daim dəstəkləyir, şəhidlərimizin ruhunu əziz tutur. İkinci Qarabağ – Vətən müharibəsi adlandırdığımız müharibədə şəhid olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, onların yaxınlarına səbir diləyirik.