AZE ENG RUS
Xəbərlər

Milli Xalq Oyunlarının XXIX Respublika Spartakiadası keçirilmişdir.

21.10.2019

Federasiyanın AR Kənd Təsərrüfatı Nazirliyi, AR Gənclər və İdman Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyi və " Məhsul" KKİC-nin Respublika Şurası ilə birgə Qərarına əsasən  cari ilin oktyabr ayının 18-dən 20-dək Sabirabad Olimpiya Kompleksində “Məhsul” İdman Cəmiyyətinin təşkilatçılığı ilə  Azərbaycan Milli Xalq Oyunlarının XXIX Respublika Spartakiadası keçirilmişdir.

Bu yarışların keçirilməsində əsas məqsəd qədim adət-ənənələrimizi yaşatmaq, onu gənc nəslə olduğu kimi çatdırmaqdır.

Yarışlarda 17 rayondan 310 nəfər iştirak edmiş və Spartakiadanın iştirakçıları milli güləş, çalağan çardağı, dirədöymə, daşqaldırma, gücsınama (kişi və qadın), kəndirdartma, nərd və xıy-xıy (kişi və qadın) kimi idman növlərində mübarizə apararaq qalibləri müəyyən etməyə çalışıblar.

Yekun nəticəyə görə, birinci yeri Sabirabad, ikinci yeri Cəlilabad, üçüncü yeri Qubadlı, dördüncü yeri İmişli rayonunun idmançıları tutublar.