AZE ENG RUS
Xəbərlər

KƏND TƏSƏRRÜFATI İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI.

01.11.2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Sərəncamı ilə noyabrın 1-i  ölkəmizdə  Kənd Təsərrüfatı İşçiləri Günü  kimi qeyd olunur.

           Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son iilərdə kənd təsərrüfatı sahəsində böyük uğurlar əldə olunub.

          Əhalinin ərzağa olan daxili təlabatını əsasən öz patensiyalı və imkanları hesabına ödəyə bilməsi üçün reqionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırılır və bu proses davam etməkdədir.

         Aqrar sektora dövlət tərəfindən qoyulan investisiyalar ilbəil artır. Yeni müasir texnikalar alınır , dövlət tərəfindən subsidiyalar ayrılır , yeni aqro xidmət sahələri yaradılır , güzəştlı şərtlərlə kübrə , yanacaq ,  lizinqlər verilir.

         Reqionlarda iş yerlərinin açılması və məşğulluğun təmin olunması istiqamətində kənd təsərrüfatı üçün vacib olan aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması istiqamətində ciddi işlər aparılır.  51 aqroparkın yaradılması nəzərdə tutulmuşdur ki, artıq 28 aqropark faktiki fəaliyyətdədir. Bu ilin sonuna qədər 5 aqroparkın fəaliyyətə başlaması gözlənilir.

        Hal-hazırda Azərbaycanda azot kübrəsi zavodu fəaliyyət göstərir. Yəni xaricdən azot kübrəsinin alınmasına ehtiyac yoxdur. Pivot  tipli suvarma sistemləridə istehsal edilməyə başlamışdır.

        2019 – cu ilin 9 ayı ərzində ÜDM 2,5 % , qeyri-neft ÜDM-i 3,5 % , ÜDM-da kənd  təsərrüfatı 7,1 % artıb. Ötən dövr ərzində kənd təsərrüfatı və emalı məhsullarının ixracında 18,6 % artıma nail olunub.

        2019-cu ilin 6 ayı ərzində kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 % artıb.

         Bitkiçilik məhsullarının həcmində 25,6 % (1,77 milyard manat) , heyvandarlıq məhsullarının həcmində 2,9 %  artım (1,9 milyard manat) qeydə alınıb.

        2019-cu ilin ilk yarısında ölkədə heyvandarlıq məhsullarının istehsalında ciddi artım qeydə alınıb. Diri çəkidə ət istehsalı 3%  (252,5 ton diri cəkidə ət) ,  süd istehsalı 2% (1037,2 ton süd) , yumurta istehsalı 4,5 % ( 926,9 milyon ədəd yumurta) , yun istehsalı 0,8%  (14,6 min ton yun) olunub. 636,6 ton barama tədarük edilib ki, bu da keçən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə  24 faiz çoxdur. 

        Kənd təsərrüfatı sahəsində institusional islahatların aparılması, yəni istehsal və emal müəssisələrinin yaradılması,əlavə iş yerlərinin açılması təbii ki, sahə həmkarlar ittifaqının qarşısında mühüm vəzifələr qoyur. Bu gün "Kənd-Qida-İş" Hİ Federasiyası kənd təsərrüfatı , ərzaq istehsalı və müvafiq sahələrdə , o cümlədən Kənd  Təsərrüfatı Nazirliyi , " Meliorasiya və Su Təsərrüfatı"  ASC, "Azersun Holdinq" Şirkətlər Qrupu və həmçinin pambıqçılıq , tütünçülük , çayçılıq , ipəkçilik , şərabçiliq sahələrində çalışan minlərlə həmkarlar ittifaqı üzvülərinin əmək , sosial , iqtisadi hüquqlarını , qanuni mənafelərini qoruyur. Bundan əlavə onlara layiqli əmək şəraitinin yaradılması , əməyin mühafizəsi , sağlamlıqları və istirahətlərinin təşkili istiqamətində də önəmli işlər aparılır.

       Əminik ki, kənd təsərrüfatı işçiləri hər zaman olduğu kimi əhalinin ərzaqla dayanıqlı təmin olunması,  ölkədə kənd təsərrüfatının inkişafı sahəsində yeni-yeni uğurlara nail olacaqlar.

      İmkandan istifadə edərək Federasiya adından butun kənd təsərrüfatı işçilərini peşə bayramı münasibətilə təbrik edir ,  əməkdə yeni nailiyyətlər , sağlıq və ailə səadəti arzulayırıq.