AZE ENG RUS
Xəbərlər

Carı ilin sentyabr ayının 28-də Zaqatala rayonunda Məhsul Bayramı “Beynəlxalq fındıq, qoz, şabalıd festivalı” keçirilmişdir.

30.09.2019

Rayon rəhbərliyi, rəsmi qonaqlar və festivala dəvət olunanlar   əvvəlcə Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək onun xatirəsini yad etdilər.

Daha sonra iştirakçılar  Heydər Əliyev Mərkəzi ilə tanış oldular. Sonra rayon rəhbərliyi və qonaqlar Zaqatala Bölgə Təcrübə Stansiyasının “Pərzivan” ərazisindəki fındıq bağına baxış keçirdi, “Karaca fındıq” MMC-nin fındıq emalı zavoduna istehsalla tanış oldular. Qonaqlar Zaqatala şəhərindəki “Dədə Qorqud” meydanında 2-ci Beynəlxalq fındıq, qoz və şabalıd festivalının açılış mərasiminə qatıldılar.

Sonra festival iştirakçıları bayramsayağı bəzədilmiş meydanda fındıq, qoz və şabalıddan hazırlanmış geniş çeşiddə məhsulların sərgisi ilə tanış olub, “kənd evi”ndə fındıq və qoz qabığı ilə sobanın yandırılması, fındığın və şabalıdın qovrulması, şabalıdın saxlanma qaydası, təndirdə fındıq çubuqlarının yandırılması, at arabasının hazırlanması, müxtəlif milli xörəklərin bişirilməsi prosesini əyani izlədilər.

Festivalda Federasiyanın nümayəndəsi İcra Başçısının dəvəti ilə Məhsul Bayramında "Beynəlxalq,qoz,fındıq,şabalıd festivalı”nda  iştirak etmişdir.Bu tədbirlərin təşkilində Sahə Hİ Zaqatala rayon komitəsi və  onun üzv təşkilatları yaxından  iştirak etmişdir.