AZE ENG RUS
Xəbərlər

Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının tərkibində Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyi yaradılmışdır.

20.09.2019

Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının tərkibində Kənd Təsərrüfatı  İşçilərinin Həmkarlar İttifaqı Birliyinin yaradılması barədə   “Kənd-Qida-İş” Həmkarlar İttifaqının  İcraiyyə Komitəsinin  08 b.12 nömrəli  02 sentyabr  2019-cu il tarixli qərarının icrası olaraq 20 sentyabr 2019-cu il tarixdə adı çəkilən qurumun  Təsis Konfransı keçirilmişdir.

Konfransda  Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşov və Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının sədri Tofiq Quliyev iştirak və çıxış etmişlər.

   Məmmədov Fuad Boris oğlu  Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının tərkibində Kənd Təsərrüfatı  İşçilərinin Həmkarlar İttifaqı Birliyinin sədri seçilmişdir.