AZE ENG RUS
Xəbərlər

“Kənd-Qida-İş” Həmkarlar İttifaqının İcraiyyə Komitəsinin növbəti iclası keçirilmişdir.

02.09.2019

“Kənd-Qida-İş” Həmkarlar İttifaqının  İcraiyyə Komitəsinin növbəti iclası cari ilin 02 sentyabr tarixində keçirilmişdir.

İclasda cari məsələlərlə yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin ilk həmkarlar ittifaqı komitəsinin, Nazirliyin strukturuna daxil olan və tabeliyində olan qurumların həmkarlar ittifaqı təşkilatlarının vahid mərkəzdən idarə edilməsi və idarəetmənin mərkəzləşdirilməsi məqsədi ilə müraciətinə baxılmışdır.

İcraiyyə Komitəsinin qərarı ilə Federasiyanın tərkibində Kənd Təsərrüfatı  İşçilərinin Həmkarlar İttifaqı Birliyinin yaradılması istiqamətində tədbirlər müəyyənləşdirilmişdir.

İclasa Federasiyanın sədri Tofiq Quliyev sədrlik etmişdir. Kənd təsərrüfatı ilə bağlı özəl qurumlarda yeni təşkilatların yaradılması həm rayon komitələrinin, həm də Həmkarlar İttifaqı Birliyinin səlahiyyətinə daxildir.

Qəbul edilmiş Qərarlar icra üçün üzv təşkilatlara göndərilmişdir.