AZE ENG RUS
Xəbərlər

Aqrar Sənaye Həmkarlar İttifaqlarının MDB ölkələri üzrə Beynəlxalq Birliyinin Məsləhətləşmə Şurasının ( МОАП) növbəti iclası keçirildi.

25.05.2018

Cari ilin may ayının 25-də, Minsk şəhərində Aqrar Sənaye Həmkarlar İttifaqlarının MDB ölkələri üzrə Beynəlxalq Birliyinin Məsləhətləşmə Şurasının  ( МОАП) növbəti iclası keçirilmişdir. İclasın işində “Kənd-Qida-İş” Hİ Federasiyasının sədri, Beynəlxalq Birliyinin Məsləhətləşmə Şurasının  ( МОАП) sədr müavini Tofiq Quliyev və Maliyyə şöbəsi müdirinin müavini, Beynəlxalq Birliyinin Məsləhətləşmə Şurasının  ( МОАП) təftiş komissiyasının üzvü Rüfət Bürcəliyev iştirak etmişlər.

        Tədbirdə çıxış  edən T.Quliyev  Azərbaycan həmkarlar ittifaqları adından iştirakçıları salamladı və iclasda  müzakirə olunan iqtisadi islahatların aparılması, sahibkarlığın inkişafı, işçilərin əmək hüquqlarının və sosial təminatlarının qorunması əsas məsələlərdən biri olduğunu vurğuladı. 

       İşgüzar şəraitdə keçən iclasda regionlarda əmək qanunvericiliyi  və həmkarlar haqqında qanunlar ,  onların həlli yolları və qarşıda duran məsələlər müzakirə olundu. Tədbir iştirakçıları tərəfindən  Həmkarlar İttifaqlarının Beynəlxalq Birliyinin  Məsləhətləşmə Şurasının (МОАП)  növbəti iclasın keçirilməsi və  Beynəlxalq Birliyinin  Məsləhətləşmə Şurasının  ( МОАП ) fəaliyyəti və digər gündəlikdə olan məsələlər müzakirə olundu.

        İclasda  Rusiya Federasiyasının Aqrar Sənaye Kompleksi  İşçilərinin Həmkarlar İttifaqı, Belarus Aqrar Sənaye Kompleksi  İşçilərinin Həmkarlar İttifaqı, Qazaxıstan Aqrar Sənaye Kompleksi  İşçilərinin Həmkarlar İttifaqı, Tacikistan Aqrar Sənaye Kompleksi  İşçilərinin Həmkarlar İttifaqı təmsil olunurdu.

           Beynəlxalq Həmkarlar İttifaqında səmərəli fəaliyyətinə görə, Quliyev Tofiq Rəhman oğlu, Belarus Aqrar Sənaye Kompleksi  İşçilərinin Həmkarlar İttifaqının “xidmətlərə görə” medala ilə təltif edilmişdir.

   Həmçinin Belarus Aqrar Sənaye Kompleksi  İşçilərinin Həmkarlar İttifaqı və “Kənd-Qida-İş” Hİ Federasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanmışdı.

  Daha sonra,  tədbir iştirakçıları istehsalatla bağlı təcrübə mübadiləsi məqsədilə Minsk şampan şərabları zavoduna  və “Snov Agrokombinatı”  ilə tanış  oldular.