AZE ENG RUS
Xəbərlər

Bakıda kənd təsərrüfatı və qida sərgisi keçirilmişdir.

16.05.2018

24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi, 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya Sərgilərinin açılışı olmuşdur.

Sərgidə dünyanın 10 ölkəsini təmsil edən 11 milli və regional qrup iştirak edirdi. Bu ilki sərgilərdə 34 ölkədən 402 şirkət iştirak etmiş və bu şirkətlərin  70%-ni xarici, 30%-ni isə yerli istehsalçılar təşkil edirdi. Sərgidə Federasiyanın sədri və fəalları iştirak etmişlər  təmsil olunan yerli sahibkarlarla birgə əməkdaşlığa dair danışıqlar aparmışlar.