AZE ENG RUS
Xəbərlər

Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü qeyd edilib.

10.05.2018

Müstəqil Azərbaycanın memarı və qurucusu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü   Fəxri Xiyabanda ümumxalq ziyarəti ilə qeyd edilib. 

"Kənd Qida-İş" Hİ  Federasiyasının sədri və fəalları tarixdə silinməz iz qoymuş böyük şəxsiyyətin əziz xatirəsini anmaq üçün Fəxri Xiyabanı ziyarət ediblər, Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.