AZE ENG RUS
Xəbərlər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Gender Bərabərliyi və Qadın Problemləri üzrə Mərkəzinin “Heydər Əliyev və gender siyasəti” mövzusunda tədbir keçirilmişdir.

04.05.2018

Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 95- ci ildönümünə həsr olunmuşdur.

Mərkəzin sədri Cəmilə Səttarova çıxış edərək ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıb.C.Səttarova deyib ki, Heydər Əliyev hər zaman həmkarlar ittifaqlarına diqqət və qayğı ilə yanaşıb: “Azərbaycan həmkarlar ittifaqlarının gələcəyini müəyyənləşdirən hadisələrdən ən əsası 1994-cü ildə “Həmkarlar ittifaqları haqqında” qanunun ümummilli lider tərəfindən imzalanması oldu. Bununla da həmkarlar ittifaqlarının fəaliyyətinə ciddi təkan verildi, daha da möhkənlənməsi üçün güclü hüquqi baza yaradıldı”.

Ümummilli lider Heydər Əliyev cəmiyyətdə qadınların rolunun yüksəldilməsinə həmişə xüsusi önəm verib. Qadınların dövlət strukturlarında, parlamentdə, siyasi və ictimai təşkilatlarda geniş təmsil olunmasına çalışıb. Məhz onun ikinci dəfə hakimiyyətə qayıdışından sonra qadınların hüquqlarının müdafiəsinə yönəlmiş bir çox fərman və sərəncamlar imzalanıb.Ulu öndərin siyasi kursunu layiqincə həyata keçirən Prezident İlham Əliyev ölkənin ictimai-siyasi həyatında qadınların iştirakına böyük diqqət yetirir. Bu gün Azərbaycan qadını hər bir sahədə təmsil olunmaqdadır.

Azərbaycan qadınlarının nümunəvi fəaliyyəti respublikanın I vitse-prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlərdə öz təsdiqini tapır.

         Daha sonra "Heydər Əliyev və gender siyasəti” mövzusunda sahə həmkarlar ittifaqının fəalları çıxış etmişlər.

       Tədbirdə Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının nümayəndələri iştirak  etmişlər.