AZE ENG RUS
Xəbərlər

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə fəxri adlara layiq görülən həmkarlar ittifaqı fəallarının təltif edilməsi mərasimi keçirilmişdir.

16.02.2018

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə dövlət təltiflərinə layiq görülən həmkarlar ittifaqları fəallarına fevralın 16-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) mükafatlar təqdim edilmişdir.

Tədbiri AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şuranın vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev açmışdır. Bildirib ki,  Azərbaycan Prezidenti İlham Əliyev insanların iqtisadi və sosial mənafelərinin, əmək hüquqlarının qorunması sahəsində həmkarlar ittifaqlarının roluna həmişə böyük önəm verib. Həmkarlar təşkilatları da dövlətimizin onlara yaratdığı şəraitə adekvat olaraq Prezident İlham Əliyevin həyata keçirdiyi sosialyönümlü siyasətə layiqli dəstək verir, əmək kollektivlərində öz işinin gücləndirilməsinə və tərəfdaşlarla səmərəli əməkdaşlığın dərinləşdirilməsinə diqqəti artırırlar.

 Sonra dövlət təltiflərinə layiq görülənlərə mükafatlar təqdim olunub.

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Kənd-Qida-İş” Hİ Federasiyası üzrə  "Tərəqqi" medalına layiq gorülən fəalların siyahısı:


     1.       Şabanlı Adil Çaparxan oğlu- Azərbaycan  Meliorasiya və  Su  Təsərrüfatı ASC-nin Sabirabad                                           SSİ-  nin HİK sədri

      2.       Bəhmənova Elmira Osman qızı- Federasiyanın Aparat rəhbəri- Təşkilat və təlimat şöbəsinin                                           müdiri

3.      Ələzov İsmayıl Söyünpaşa oğlu- Federasiyanın Maliyyə   şöbəsinin  müdiri

4.      Gözəlova Kəmalə Adil qızı- "İntersun Menecment Kompani" MMC-nin HİK-nin sədri

5.      Abdullayev İrşad İlyas oğlu- Sahə Hİ Qəbələ rayon komitəsinin sədri

6.   Tağıyev Asif Dilən oğlu-  AR Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin HİK sədri