AZE ENG RUS
Xəbərlər

Fevralın 5-də Bakı Konqres Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V Qurultayı keçirilib.

05.02.2018

evralın 5-də Bakı Konqres Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V Qurultayı keçirilib.

Qurultayda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Əmək Və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov, Sahə Həmkarlar Ittifaqları Təşkilatlarından 1300-dək nümayəndə, dövlət və hökumət rəsmiləri, eləcə də 30 ölkədən 85 nəfər beynəlxalq həmkarlar ittifaqı liderləri və fəalları iştirak ediblər.

Qurultayı AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) və Pan Avropa Regional Şurasının (PARŞ) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev açıb.

Reqlamentə uyğun olaraq, Qurultayın gündəliyi təsdiq edilib və rəhbər orqanlarının - rəyasət heyətinin, redaksiya, mandat və hesablayıcı komissiyaların tərkibi və katibliyin üzvləri seçilib.

Qurultayda 5 məsələ müzakirə edilib:

1.         Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının hesabatı

2.         Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Təftiş komisiyasının hesabatı

3.         Təşkilatı məsələlər

4.         Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinin Əsas istiqamətləri haqqında.

5.         Müraciət və Bəyannamələr haqqında

Qurultayın işində  “ Kənd-Qida-İş” Hİ Federasiyası adından Sahə Hİ İcraiyyə Komitəsinin  üzvü, AHİK- in Məclis üzvü,  Sahə Hİ Qax rayon  komitəsinin  sədri Mələk Əhmədzadə çıxış etmişdir.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin Qurultay iştirakçılarına təbrik məktubunu oxudu.

Cənab Səttar Möhbalıyev möhtərəm Prezident İlham Əliyevin Qurultay iştirakçılarına təbrik məktubuna və həmkarlar ittifaqları təşkilatlarının 114 üzvünün təltif olunması barədə sərəncamlarına görə AHİK-in üzvləri adından dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Joao Felisio, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının prezidenti Mixail Şmakov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Pan Avropa Regional Şurasının prezidenti İrakli Petaraşvili, “Türk-İş” Həmkarlar İttifaqları Konfederasiyasının sədri Ergün Atalay, Türkiyənin “Hak-İş” Həmkarlar İttifaqları Konfederasiyasının sədri Mahmud Aslan, Kamu-Sen Həmkarlar İttifaqları Konfederasiyasının sədri İsmayıl Koncuk, Məmur-Sen Həmkarlar İttifaqları Konfederasiyasının sədri Əli Yalçın, Avrasiya Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqları Federasiyasının sədri Cemail Bakındı çıxış edərək təbriklərini çatdırıblar.

Sonra Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edib. O deyib ki, bu il aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu seçkilər həmkarlar ittifaqları qarşısında vəzifələr qoyur. Bilirik ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Qurultaylarında həmişə cənab İlham Əliyevin Prezidentliyə namizədliyini irəli sürürsünüz. Bu dəfə də bütün həmkarlar ittifaqları işçilərini İlham Əliyevin Prezidentliyə namizədliyini dəstəkləməyə çağırırıq.

Daha sonra təşkilati məsələlərə baxılıb, AHİK-in sədri vəzifəsinə seçkilər keçirilib.

Milli Məclisin deputatı Səttar Suliddin oğlu Möhbalıyev açıq səsvermə yolu ilə yenidən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilib.

Həmçinin AHİK sədrinin səlahiyyət müddətinin 5 ildən 7 ilədək artırılması məsələsi səsə qoyularaq təsdiqlənib.

Qurultayda AHİK məclisinin, təftiş komissiyasının tərkibi də seçilib və s. təşkilati işlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

Daha sonra AHİK-in V qurultayının nümayəndələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bütün dünya həmkarlar ittifaqlarına müraciəti səsləndirilib.

Müraciət səsə qoyularaq təsdiq olunub.

Bununla da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V Qurultayı işini başa çatdırıb.