AZE ENG RUS
Xəbərlər

Dekabr ayının 1-də " Kənd-Qida-İş" Həmkarlar İttifaqının növbəti II Məclisi keçirilmişdir.

01.12.2017


Dekabr ayının 1-də " Kənd-Qida-İş" Həmkarlar İttifaqının növbəti II Məclisi keçirilmişdir.Məclisin gündəliyində:

Sahə həmkarlar İttifaqı tərəfindən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V Qurultayına nümayəndələrin seçilməsi;

-   Sahə həmkarlar İttifaqı tərəfindən birbaşa Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Məclisinin tərkibinə üzvlərin seçilməsi;

-    Sahə həmkarlar İttifaqı tərəfindən birbaşa Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin tərkibinə üzvün seçilməsi;

- 2017-ci il üzrə Həmkarlar İttifaqı Büdcəsinin yerinə yetirilməsinin vəziyyəti və 2018-ci il Büdcə Layihəsinin təstiq edilməsi və digər məsələlər dururdu.

 Məclisi Federasiyanın sədri Tofiq Quliyev açaraq məclis üzvlərinin salamladı, Gündəlik məsələlərlə iştirakçıları tanış etdi, sonra kənd təsərrüfatı sahəsinin  inkişafına dair video- çarx nümayiş etdirildi.  Daha sonra gündəlikdə duran birinci məsələ müzakirə edildi:

 - Sahə həmkarlar İttifaqı tərəfindən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V Qurultayına 50 nəfər seçildi;

-   Sahə həmkarlar İttifaqı tərəfindən birbaşa Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Məclisinin tərkibinə 5 nəfər seçildi;

-    Sahə həmkarlar İttifaqı tərəfindən birbaşa Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin tərkibinə  1 nədər seçildi.

Sonda gündəlikdə duran II məsələ müzakirə edildi və 2017- ci il üzrə Həmkarlar İttifaqı Büdcəsinin yerinə yetirilməsinin vəziyyəti və 2018-ci il Büdcə Layihəsinin təstiq edildi.