AZE ENG RUS
Xəbərlər

Məhsul Bayramı- “Nar bayramı”

03.11.2017

 Noyabr ayının 3-də Göyçay rayonunda  Məhsul bayramı -“Nar bayramı” keçirilmişdir. Tədbirdə dövlət, hökumət nümayəndələri, Milli Məclis deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, diaspor, beynəlxalq təşkilat təmsilçiləri, “ Kənd-Qida-İş” Hİ Federasiyanın sədri və  Sahə həmkarlar ittifaqı nümayəndələri  iştirak etmişlər.Bayramın   məqsədi regionların təbliği, mədəni və iqtisadi potensialın nümayişi və turizmin inkişaf etdirilməsidir.Tədbirdə milli musiqi, muğam və folklor nümunələri təqdim edilmişdir. Tədbir iştirakçıları rayon sakinləri tərəfindən nardan əl əməyi ilə hazırlanan məhsullardan ibarət sərgi ilə tanış olmuşlar.Tədbirin təşkilində və keçirilməsində fəal iştirak edən Sahə həmkarlar ittifaqı nümayəndələri Federasıyanın təşəkkürü və mükafatlarına layiq görülmüşlər.